Mərkəzi Asiyada dövlət From Wikipedia, the free encyclopedia
Qırğızıstan (qırğız. Кыргызстан; rus. Киргизия) və ya rəsmi adı ilə Qırğız Respublikası (qırğız. Кыргыз Республикасы; rus. Кыргызская Республика) – Mərkəzi Asiyada dövlət. Qırğızıstanın dənizə çıxışı yoxdur və ərazisinin əksər hissəsi Tyan-Şan, Talas, Qırğız, Türküstan dağları ilə əhatə olunmuşdur. Şimalda Qazaxıstan, qərb və cənub-qərbdə Özbəkistan, cənubda Tacikistan, şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bişkek şəhəri, ümumi sahəsi 199,951 kvadrat kilometrdir. Qırğızıstan 31 avqust 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir.
Qırğızıstan | |||||
---|---|---|---|---|---|
Кыргыз Республикасы Kyrgyz Respublikasy Кыргызская Республика Kyrgyzskaya Respublika | |||||
| |||||
Oasis on the Great Silk Road, Gwerddon ar y Ffordd y Sidan Ysblennydd | |||||
Himn: |
|||||
Tarixi | |||||
• Müstəqilliyin elan edilməsi | 31 avqust 1991 | ||||
• Müstəqilliyin təsdiq olunması | 25 dekabr 1991 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Bişkek-870 min(2015-ci il) | ||||
İdarəetmə forması | Parlament respublikası[1] | ||||
Prezident | Sadır Japarov | ||||
Baş Nazir | Sapar İsakov | ||||
Sahəsi | Dünyada 87-ci | ||||
• Ümumi | 199900 km² | ||||
• Su sahəsi (%) | 3,6% | ||||
Əhalisi | |||||
• Əhali | 5 720 min[2][3] nəfər (111-ci) | ||||
• Sıxlıq | 28 nəf./km² (176-cı) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 19,1 milyard dollar (143-cü) | ||||
• Adambaşına | 3 400 dollar (181-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2008) | $5,05 milyard dollar | ||||
• Adambaşına | $950 dollar | ||||
İİİ (2013) | 0.622 (azalış; 125-ci) | ||||
Valyuta | Qırğızıstan somu | ||||
İnternet domeni | .kg | ||||
ISO kodu | KG | ||||
BOK kodu | KGZ | ||||
Telefon kodu | +996 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dənizə çıxışı olmayan Qırğızıstanın qonşuları şimalda Qazaxıstan, qərbdə Özbəkistan, cənub-qərbdə Tacikistan və cənub-şərqdə Çin Xalq Respublikasıdır. Tanrı dağları ölkənin 80%-ini əhatə etdiyi üçün ölkəni bəzən "Mərkəzi Asiyaın İsveçrəsi" adlandırırlar[4]. Tanrı dağlarının şimal-qərbində yerləşən və ölkənin ən böyük gölü olan İsıkgöl gölü Titikakadan sonra dünyanın ən hündür dağ gölüdür.
Qırğızıstan Respubliikası Mərkəzi Asiyada, okeanlardan uzaq, materik daxilində yüksək dağlıq regionda – Tyanşan, Talas, Qırğız, Türküstan dağlarında yerləşir. Ən uca zirvələri Qələbə piki (7439 metr) və Xan-Tenqridir (6995 metr). Dağlar arasında geniş İssıkkul, Narın, Talas vadiləri və Fərqanə çökəkliyinin Qırğızıstana aid olan cənub və şərq dağətəyi sahələri yerləşir. Ərazinin 95%-I 1000 metrdən yüksəkdə yerləşir. Qırğızıstan dağlarının geoloji quruluşunda, əsasən, Paleozoy erasının müxtəlif mənşəli süxurları iştirak edir. Dağəmələgəlmə prosesi davam edir. Kaynozoy çöküntüləri isə yalnız dağarası çökəkliklərdə və dağətəyində yayılmışdır. Qırğızıstanda əlvan metallar – mis, molibden, dəmir filizi, qızıl, civə, qurğuşun yataqları, dağarası çökəkliklərdə isə neft və kömür ehtiyatları mövcuddur.
Qırğızıstan ərazisi subtropik və mülayim iqlim qurşağında yerləşir. Orta və yüksək dağlıqda sərt iqlim, dağarası çökəkliklərdə bir qədər mülayim iqlim hakimdir. Ən isti ayın orta temperaturu dağarası çökəkliklərdə (məsələn, İssıkkul çökəkliyində) 16–22 °C, qarlı və buzlu zirvələrdə 0 °C-dən aşağıdır. Yanvar ayında dağətəyi və düzənlik sahələrdə orta aylıq temperatur −1 °C olduğu halda, dağlıq ərazilərdə 15 °C −27 °C olur. Yağıntılar düzənlik və qapalı çökəkliklərdə 100 mm-dən 300 mm-ə qədər, dağlarda isə 900–100 mm-dək artır.
Qırğızıstan çayları Aral, Tarım, İssıkkul və Balxaş hövzələrinə aiddir. Çayların əksəriyyəti yayda daşır. Orta dağlığın çayları yeraltı, yağış və qar sularından qidalanır, əsasən yazda, və qismən yayda daşır. Çaylar böyük enerji mənbəyidir. Çu, Narın, Çatkal, Aksay çayları daha böyükdür. Onların üzərində su anbarları və su elektrik stansiyaları tikilmişdir. Məsələn Narın çayı üzərində Toktoqul SES-i inşa olunmuşdur. Respublikada 2 mindən artıq dağ gölü var. Bunlardan ən böyükləri İssıkkul, Songöl və Çatırgöldür.
Torpaq və bitki örtüyü yüksəkliyə görə və yamacların səmtindən asılı olaraq kəskin dəyişir. Dağətəyi qapalı çökəkliklərdə və dağların qərb yamaclarında, əsasən, boz və boz-qonur torpaqlar, səhra və yarımsəhra bitkiləri inkişaf etmişdir. Çox yağıntı alan yüksəkliklərdə küknar, qoz meşələri, Türküstan, Alatau, Talas dağlarında meşə-kollar yayılmışdır. Yüksək dağ vadilərində hündürlükdən asılı olaraq dağ-çöl, dağ-çəmən, dağ-tundra bitkiləri geniş yer tutur və heyvandarlığın inkişafında böyük rol oynayır. Uca dağ massivləri daimi qar və buzlarla örtülüdür. Buzlaqların ümumi sahəsi 6578 km²-dən artıqdır. Xan-Tenqri massivindəki buzlaq daha nəhəngdir.
Qırğızların etnik tarixi hun, sak və usun qəbilələri ilə bağlıdır. Bu qədim türk qəbilələri e.ə VII əsrdə köçəri tayfa ittifaqları yaratmışdılar. Sonrakı əsrlərdə Qırğızıstan ərazisi müxtəlif yadelli dövlətlərin əsarəti altına düşmüşdür. Ölkə XIX əsrdə Rusiyanın tərkibinə daxil edilmişdir. Qırğızıstan 1991-ci ildən müstəqilliyini elan etmiş parlamentli respublikadır. Ölkənin başçısı prezidentdir.
Qırğızıstan çoxmillətli ölkədir. Burada ruslar, özbəklər, ukraynalılar, tatarlar, qazaxlar, taciklər, uyğurlar, almanlar və 1930–1940-cı ilərdə buraya sürgün olunan azərbaycanlılar yaşayır.
Ölkənin relyefii əhalinin məskunlaşmasına və ərazinin təsərrüfat baxımından mənimsənilməsinə güclü təsir etmişdir. Əhalinin 80%-dən çoxu dağətəyi düzənliklərdə və çay vadilərində cəmləşmişdir. Təbii artım yüksəkdir – hər 1000 nəfərdə 16 nəfər. Orta sıxlıq 1 km²- 27 nəfərdir. Əhalisi çox sıx olan ərazilər Çu, Fərqanə və Talas vadiləridir.
Əmək ehtiyatlarının sürətlə artması əhalinin işlə təmin edilməsini çətinləşdirir. Bu, xüsusilə, qadın əməyindən istifadə olunmasında özünü qabarıq göstərir. Şəhər əhalisinin demək olar ki, 40%-i Qırğızıstanın paytaxtı Bişkek şəhərində yaşayır. Qırğızlar cəm halda ölkə sərhədlərindən kənarda da yaşayırlar.
Bişkek şəhəri dəmir və avtomobil yolları ilə Mərkəzi Asiyanın digər respublikaları ilə əlaqələnir. Şəhər ölkənin böyük elm və mədəniyyət mərkəzidir. Burada Elmlər Akademiyası, ali məktəblər, teatrlar, muzeylər və s. var.
Qırğızıstan iqtisadiyyatına görə aqrar-sənaye ölkəsidir. Ölkə müstəqillik qazandıqdan sonra dövlət əmlakının özəlləşdirilməsi prosesi hələ də davam edir. Müstəqilliyin ilk illərində təsərrüfatın bütün sahələrində tənəzzül baş vermişdir. Elektroenergetika, yüngül, yeyinti sənayeləri, o cümlədən əlvan metallurgiya və maşınqayırma sənayesi ixtisaslaşmış sahələrdir.
Elektrik enerjisi ölkənin cənubunda Narın çayı üzərindəki SES-lər kaskadında cəmlənmişdir.
Əlvan metallurgiya sənayenin mühüm sahəsidir. Civə, sürmə, qalay, qurğuşun-sink filizləri çıxarılır. Tikinti materialları, yüngül (pambıqtəmizləmə, dəri-ayaqqabı, toxuculuq) və yeyinti (ət, süd, dənüyütmə) sənayesi var.
Aqrar-sənaye kompleksi Qırğızıstan üçün həmişə önəmli olmuşdur. Digər sahələrin inkişafında olan gerilik kənd təsərrüfatında, xüsusilə heyvandarlıqda hiss olunmaqdadır.
Əkin sahələri cəmi 1.4 milyon hektardır. Buna baxmayaraq, Qırğızıstanda ildə on minlərlə ton pambıq, taxıl, tütün, üzüm, kartof, tərəvəz yığılır. Qırğızıstan taxıla olan tələbatını ödəyir. Çu və Fərqanə vadilərində bağçılıq və üzümçülük inkişaf etmişdir.
Qırğızıstanda kənd təsərrüfatı heyvandarlığa əsaslanır. Buna səbəb təbii yem bazasının geniş olmasıdır. Heyvandarlığın aparıcı sahələri zərifyunlu qoyunçuluq və atçılıqdır. İldə 15 min tondan (dünyada üçüncü yer) çox yun istehsal edilir. Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 88%-i özəl müəssisələrin payına düşür.
Ölkə ərazisi dəmir yolu nəqliyyatı ilə tam təmin olunmasa da, xarici iqtisadi əlaqələr, əsasən, dəmir yolu vasitəsi ilə həyata keçirilir. Əsas avtomobil yolları Bişkek-Oş, Bişkek-Balıqçı, Bişkek-Narın respublikanın ən mühüm sənaye və kənd təsərrüfatı rayonlarını birləşdirir.
Təyyarə uçuşları 50-dən çox dövlətə reysləri olan "Kırqızstan aba jolloru" aviaşirkəti tərəfindən həyata keçirilir.
Mərkəzi Asiyanın füsunkar təbiət abidəsi olan İssıkkul gölü beynəlxalq əhəmiyyətli turizm, müalicə və istirahət mərkəzidir. Gölü dünya turizm mərkəzlərindən birinə çevirmək üçün dövlət proqramı hazırlanmışdır.
Qırğızıstan Mərkəzi Asiyada Ümumdünya Ticarət Təşkilatına daxil olan yeganə ölkədir. Ölkədə istehsal olunan əlvan metalların 40%-dən çoxu ixrac olunur. Qazaxıstan, Tacikistan, Özbəkistan, ABŞ, Türkiyə, AFR, Çin, Rusiya, İsveçrə ilə ticarət əlaqələri var.
Qırğızıstan bir sıra beynəlxalq və regional təşkilatların – BMT, MDB, Avrasiya İqtisadi Birliyi, Mərkəzi Asiya Əməkdaşlığı və s.-nin üzvüdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.