Aksay çayı

From Wikipedia, the free encyclopedia

Aksay çayı

Aksay (устар. Асагалыль, qum. Яхсайсув[1],; çeç. Яьсси[2]) — Çeçenistanın Naji-YurtQudermes rayonu, Dağıstanın Botlix rayonu, Novolak rayonu, BabayurdXasavyurd rayonlarından keçən çay. Çayın yamacı 14.5 m/km-dir.[3].

Cəld faktlar Ölkə, Region ...
Aksay çayı
kum/Яхсайсув/ce/Яьсси
Thumb
Ölkə Rusiya
Region
  • Çeçenistan→Dağıstan
Mənbəyi And silsiləsinin şimal yamacı
  Yüksəkliyi 2080 m
Mənsəbi Aktaş çayı /Sulak çayı→Xəzər dənizi
  Yüksəkliyi -13,9 m
Uzunluğu 144 km
Su sərfi 5,17 m³/san
Su sistemi 1390
Hövzəsinin sahəsi 1.390 km²
Thumb
mənbəyi
mənsəbi
Aksay Qafqazın fiziki xəritəsində:

42°39′ şm. e. 46°58′ ş. u.HGYO

43°31′ şm. e. 46°53′ ş. u.HGYO
DSR[rus.] 07030000212109300000116
Bağla

Relyefi

Çay öz başlanğıcını And dağları silsiləsinin şimal yamacından götürür.[3] Mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 2080 m yüksəklikdədir. Kanal ilə Aktaş çayına birləşən Aksay çayı Aksay su anbarına axır. Uzunluğu 144 km, su tutma sahəsi 1390 km², orta dərinliyi isə 444 m-dir. Hövzəsinin çox hissəsi (87%) 1000 m-dən aşağıdır, ərazinin 11% -i 0 m -dən aşağıdır.

Hidroloji araşdırmalar

1994-cü ilə qədər çayın hidroloji göstəriciləri: əvvəlcə İşkhoy-Yurt, sonra Soqunti hidroloji postları vasitəsi ilə öyrənilirdi. 2008-ci ildən etibarən Aksay su anbarının girişində - Çaqarotarda mövsümi hidroloji post təşkil edilir. Həmçinin, müxtəlif illərdə hidroloji postlar Qerzel-Aul, Boraqanqeçuv, Aksay və Çaqarotar kəndlərində yerləşirdi.

Hidrologiyası

Çayın xarakteri hündürlüklə dəyişir. Aksay çayı And dağ silsiləsindən başlayaraq, aşağı axarında isə düzən əraziyə keçir. Aksay çayı qrunt suları ilə qidalanır. İlin isti yay aylarında çay sularında daşqınlar baş verir, qış aylarında çayın suyu demək olar ki, azalır. Aksay çayı yerli kənd təsərrüfatında əhəmiyyətli rol oynayır. Qerzel-Aul kəndinin kənd təsərrüfatı ərazilərinin suvarma sistemi məhz Aksay çayın suları ilə təmin olunur. Qerzel-Aul, Boraqanqeçuv, Aksay və Çaqarotar kəndləri də çayın suyundan bağçılıq və bostançılıq ərazilərinin suvarılması üçün istifadə edirlər. Bundan əlavə çay balıqçılıq təsərrüfatına da əhmiyyətli töhfə verir.

Aksay çayının orta illik su sərfi 5,17 m³/s, maksimum isə 690 m³/s-dir. Çayın aşağı axınları yüksək çöküntü doyma ilə xarakterizə olunur, çayda orta bulanıqlıq 6500 q/m³ -dur. Çayda çöküntü axınının miqdarı bəzi illərdə 1300 min tona qədər çatır.

Qolları

Aksay çayının əsas qolları: solda - Xorielk, Belqoti-Yassi (Unkubutli), sağda isə- Yamansu çaylarıdır.

İstinadlar

Ədəbiyyat

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.