ABŞ aktyoru From Wikipedia, the free encyclopedia
Pol Frenklin Dano[3] (ing. Paul Franklin Dano; 19 iyun 1984[1][2], Harlem, Nyu-York ştatı)[4] — ABŞ aktyoru. Karyerasına Brodvey tamaşalarında çıxışlar edərək başlayıb. 2001-ci ildə çəkilmiş "L.I.E." filmindəki roluna görə "Müstəqil ruh" mükafatına layiq görülüb. 2006-cı ildə rol aldığı "Balaca günəş işığı" filmi ilə geniş tanınma əldə edib. O, Pol Tomas Andersonun rejissorluğu ilə çəkilmiş "Qan töküləcək" filmində əkiz personajları canlandırıb. Bu filmdəki performansına görə aktyor "BAFTA" mükafatına namizəd göstərilib.
Pol Dano | |
---|---|
ing. Paul Dano | |
| |
Doğum adı | Paul Franklin Dano |
Doğum tarixi | 19 iyun 1984[1][2] (40 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Uşağı | 2 |
Partnyoru |
|
Fəaliyyəti | aktyor, film prodüseri, musiqiçi, teatr aktyoru, televiziya aktyoru, kino aktyoru, ssenarist, səsləndirmə aktyoru[d], kinorejissor |
Fəaliyyət illəri | 1998-ci ildən |
Təhsili | |
IMDb | ID0200452 |
Vikianbarda əlaqəli mediafayllar |
Pol Dano Nyu-York ştatında yerləşən Nyu-York şəhərində anadan olub. Anası evdar qadın atası isə maliyyə məsləhətçisidir.[5] Aktyorun özündən yaşca kiçik Sara adlı bacısı var.[6][7][8] Pol uşaqlığını Nyu-York şəhərində böyüyərək keçirib və təhsil almaq üçün Browning School-a gedib.[7][9] Dano uşaq ikən ailəsi ilə birlikdə Konnektikut ştatında yerləşən New Cannan şəhərinə köçüb. Bir müddət sonra onlar yenidən köçmək qərarına gəldilər və nəhayət, onlar Konnektikutdakı digər şəhər olan Wiltonda məskunlaşdılar. Pol Dano Viltondakı məktəbdə təhsilinə davam etmiş və 2002-ci ildə bu məktəbdən məzun olmuşdur. Pol daha sonra Nyu-York şəhərində yerləşən Eugene Lang kollecinə təhsil almağa yollanmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.