Əsl püstə (lat. Pistacia vera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin püstə cinsinə aid bitki növü.
Əsl püstə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Malvids Dəstə: Fəsilə: Yarımfəsilə: Anacardioideae Cins: Növ: Əsl püstə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təsviri
Püstə ağacı 25-35 fut yüksəkliyə qədər böyüyə bilən, uzunömürlü bir bitkidir. Yarpaqları bir neçə kiçik yarpaqcıqlardan ibarət olan mürəkkəb yarpaqlardır. Çiçəkləri dişi və erkək çiçəklər olmaqla ayrı-ayrı ağaclarda inkişaf edir (iki evli bitki).
Püstə meyvəsi bir toxumlu, qabıqlı və çəyirdəkli meyvədir. Toxum adətən yaşıl rəngdə olur və dadı qidalandırıcı, bir qədər şirin və unikal aromaya malikdir.[2] Çəyirdəyin bərk hissəsinin parçalaması seleksiyanın nəticəsidir.[3]
Yayılması
Püstə səhra bitkisidir və onun şorakət torpaqlara dözümlüyü yüksəkdir.[4] Onun mənşəyi Əfqanıstan, İran və Mərkəzi Asiya ərazilərindən gəlir.[5][6][7][8]
İstifadəsi
Arxeoloji tapıntılar göstərir ki, püstə toxumları artıq e.ə. 6750 ilində yemək üçün istifadə olunurdu.[9] Onun istehlakının ən erkən sübutu, Özbəkistan ərazisində yerləşən, tunc dövrünə aid olan, Carkutan kompleksində aşkar olunub.[10][11]
Püstə ləpələri adətən tam şəkildə, bişməmiş və ya qovrulmuş və duzlanmış şəkildə yeyilir. Onlar həmçinin, püstə dondurması (o cümlədən kulfi, bastani və spumone), püstə yağı,[12][13] püstə pastası,[14] püstə paxlavası, püstə şokoladı,[15] püstə halvası,[16] püstə likörü[17] və s. yeməklərin hazırlamasında işlənilir.
İstehsalı
2022-ci ildə dünyanın püstə ləpəsinin ən böyük istehsaçıları ABŞ, İran və Türkiyə idi. Onlar həmin il, birgə, püstə ləpəsinin 88%-i istehsal ediblər.
Sinonimləri
Heterotipik sinonimləri
- Lentiscus vera Kuntze
- Pistacia badghysi K.P.Popov
- Pistacia macrophylla Pers.
- Pistacia narbonnensis L.
- Pistacia narbonnensis var. bauhini Ten.
- Pistacia nemausensis Req. ex Planch.
- Pistacia nigricans Crantz
- Pistacia officinarum Aiton
- Pistacia reticulata Willd.
- Pistacia trifolia L.
- Pistacia variifolia Salisb.
- Pistacia vera f. semidehiscens K.P.Popov
- Pistacia vera var. trifolia (L.) Poir.
- Terebinthus pistacia Dum.Cours.
İstinadlar
Həmçinin bax
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.