From Wikipedia, the free encyclopedia
Petro Kapşuçenko (ukr. Петро́ Капшуче́нко; 27 sentyabr 1915, Dnepr – 17 noyabr 2006, Nyu-Cersi), digər adları ilə Peter Kapşuçenko və ya Pedro Enko – Ukrayna–ABŞ avanqard rəssamı və heykəltaraşı. Əsas əsərləri Müqəddəs Endryu Memorial Kilsəsinin (Nyu-Cersi) ərazisində yerləşən Vasil Lipkivskinin (1983) və Müqəddəs Kiyevli Olqanın (1987) tunc abidələridir.[1]
Petro Kapşuçenko | |
---|---|
Doğum tarixi | 27 sentyabr 1915 |
Doğum yeri | |
Vəfat tarixi | 17 noyabr 2006 (91 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | heykəltaraş |
Mükafatları |
Kapşuçenko Ukraynanın Dnepropetrovsk İncəsənət İnstitutunda heykəltaraşlıq təhsili almışdır. 1941-ci ildə Ukrayna Reyxkomissarlığı dövründə Almaniyada yerləşən məcburi əmək düşərgəsinə aparılmışdır. Müharibədən sonra 1949-cu ilə qədər Almaniyanın Regensburq şəhərindəki köçürülmüş əsirlər düşərgəsində yaşamışdır, daha sonra Argentinada məskunlaşmışdır. Argentinada Pedro Enko kimi tanınan Kapşuçenko heykəltaraşlıq fəaliyyətinə davam etmiş və Argentina mədəniyyətinə verdiyi töhfələrə görə Buenos-Ayres Humanitar Elmlər Universitetinin fəxri üzvü seçilmişdir.[2]
1963-cü ildə həyat yoldaşı Zoya və qızı Lyudmila ilə birlikdə Filadelfiyaya köçmüşdür. Filadelfiyadakı Ukrayna İncəsənət Studiyasında dərs deməyə başlamışdır. 1990-cı illərdə bir çox heykəli Şimali Amerikada baş tutmuş sərgilərdə nümayiş etdirildikdən sonra məşhurluğu artmışdır. Ukraynanın müstəqilliyindən sonra Ukraynanın muzeylərində, o cümlədən, Ostro Akademiyasında və Taras Şevçenko Milli Muzeyində bir sıra fərdi sərgilər keçirmişdir. 2005-ci ildə prezident Viktor Yuşşenko tərəfindən Prezidentin "Xidmətlərinə görə" ordeni ilə təltif edilmişdir.[2]
Kapşuçenko terrakotta, bürünc və farfordan təxminən 7000 əsər yaratmışdır. O, öz əsərlərində Ukrayna motivlərinə diqqət yetirmiş, tez-tez kazak həyatını təsvir etmişdir.[3] Bundan əlavə, Kapşuçenki İvan Mazepa və Taras Şevçenko da daxil olmaqla, bir sıra əhəmiyyətli Ukrayna şəxsinin heykəltaraşlıq portretlərini yaratmışdır.[4]
Petro Kapşuçenkonun əsərləri bir sıra yerlərdə saxlanılır:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.