From Wikipedia, the free encyclopedia
Pax Europaea (Paks Yevropeya; hərf. Avropa sülhü) — İkinci Dünya müharibəsindən sonra Avropanın yaşadığı nisbi sülh dövrü. Bu dövrdə Avropa dövlətləri arasında xüsusilə az sayda beynəlxalq münaqişələr və ya müharibələr olmuşdur. Bu sülh çox vaxt NATO-nun, Avropa İttifaqının (Aİ) və Aİ-nin sələfi institutlarının, o cümlədən Avropa İqtisadi Birliyinin yaradılması ilə əlaqələndirilirdi.[1] Bu nisbi sülh dövrü Soyuq müharibənin başa çatmasından və Sovet İttifaqının dağılmasından sonra, Yuqoslaviya müharibələri, Şimali İrlandiya münaqişəsi, postsovet münaqişələri, o cümlədən 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu kimi əsas istisnalardan kənar geniş şəkildə qorunub saxlanılmışdır.
Avropa İttifaqı diplomatik vasitələrlə öz sərhədləri daxilində, eləcə də beynəlxalq səviyyədə sülhü qorumaq və fəal şəkildə təşviq etmək səylərinə görə 2012-ci ildə sülh üzrə "Nobel" mükafatına layiq görülmüşdür.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.