![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6f/Sarbaz_Nysa.jpg/640px-Sarbaz_Nysa.jpg&w=640&q=50)
Parnlar
From Wikipedia, the free encyclopedia
Parnlar (q.yun. Πάρνοι, Parnoi) və ya aparnlar (q.yun. Ἄπαρνοι, Aparnoi) — qədim şərqi İrandilli[1][2][3][4][5] köçəri xalqı. Onlar daxlar[6][7] ittifaqının, ehtimal olunur ki, massaget[8] (skif)[9] qrupuna mənsubdur. Parnlar qədim dövrdə Aralyanı və Mangistau çöllərindən Kopetdağın şimal yamaclarına qədər yayılan ərazidə yaşamışdılar.Xəzər dənizinin cənub-şərqində Oçus çayı ətrafında yaşayırdılar. Ehtimal olunur ki, onların ilkin vətəni digər skif tayfaları ilə birlikdə köçdükləri yerdən Rusiyanın cənubu ola bilər. Herodot, Strabon və bir çox başqa qədim müəlliflər parnlar haqqında məlumat vermişdilər. Onlar Qavqamela döyüşündə Əhəməni ordusunun bir hissəsi kimi xatırlanmışdılar. Tarixdə onlar Parfiya dövlətinin hakim Arşakilər sülaləsinin əcdadı Arşakın parnların sərkərdəsi olması ilə tanınırdılar. Arşakın Parfiya vilayətini ələ keçirdiyi zaman arxalandığı əsas qüvvə parnlar idi. Parfiyanın sonrakı tarixində parnlar, eləcə də daxlardan gələnlərin hamısı Parfiya padşahlarının özəyini təşkil edirdi.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6f/Sarbaz_Nysa.jpg/320px-Sarbaz_Nysa.jpg)