İrandilli xalqlar
Hind-Avropa etnolinqvistik qrupu / From Wikipedia, the free encyclopedia
İrandilli xalqlar veya Iran xalqları[1] — İran dillərini istifadə etmələri və digər mədəni oxşarlıqlar ilə müəyyənləşdirilən müxtəlif bir Hind-Avropa etno-linqvistik qrupu. Hal-hazırda İran, Əfqanıstan, Tacikistan, Pakistan, Türkiyə, İraq, Suriya, Oman, Özbəkistan, Çin, Ermənistan, Azərbaycan, Hindistan, Gürcüstan, Macarıstan və Rusiyada yaşayırlar.
Proto-iranlıların eramızdan əvvəl 2-ci minilliyin ortalarında Orta Asiyada hind-iranlıların ayrıca bir qolu kimi meydana çıxdıqları güman edilir. Eramızdan əvvəl I minilliyin ortalarında genişlənmənin zirvəsində İran xalqlarının ərazisi qərbdə Dunay düzənliyindən şərqdə Ordos yaylasına və cənubda İran yaylasına qədər bütün Avrasiya çölünü əhatə edirdi.[2]
İran dili danışan xalqarın ümumi əhali sayı təxminən 210-230 milyondur.