Paleogen və ya paleogen dövrükaynozoy erasının birinci geoloji dövrü; davamiyyəti 40-42 milyon il. Paleogen dövrü alp qırışıqlıq strukturlarının və müasir Pireney, Alp, Karpat, Krım, Qafqaz, Kopetdağ, Pamir, Atlas, habelə Himalay dağlarının mərkəzi hissələrinin geomorfoloji formalaşma döv­rüdür. Paleogen dövrü yerüstü onurğalı heyvanlardan məməlilər inkişaf etmişdir. Qədim yırtıcılar (kreodontlar) səciyyəvidir. Dövrün axırında xüsusiləşmiş cütdırnaqlılar və təkdırnaqlılar, xortumlular və primatlar meydana gəlmişdir. Cənub Amerikada kisəli, natamamdişli və ibtidai meymunların, Avstraliyada isə monotermlərin və kisəlilərin sərbəst inkişaf mərkəzləri yaranmışdır. Primitiv məməlilərin əksəriyyəti dövrün axırında məhvolmuşdur. Dəniz faunasında qarınayaqlı (qastropoda) və ikitayqabıqlı molluskalar inkişaf etmiş, braxiopodlar isə kəskin şəkildə azalmışdır. İri foraminiferlərin (nummulitlər, diskotsiklinlər və orbitoidlər) yeni qrupları xüsusilə geniş inkişaf tapmışdır. Kiçik plankton foraminiferlərin tərkibində əsaslı dəyişikliklər baş vermişdir: tipik qlobigerina və onlara yaxın olan cinslər (qloborotalilər, akarininalar və b.) daha da inkişaf etmişlər. Bitki aləmində, demək olar ki, müasir cinslərə uyğun olan örtülütoxumlular geniş yayılmışdır. Paleogen dövrü iki paleofloristik əyalətə ayırır: yarpağı tokülən meşələri inkişaf etdiyi Şimal əyaləti (Orta Asiya, Şimal Amerika, Arktika) və həmişəyaşıl tropik bitkilərin yayıldığı Cənub əyaləti (Qərb Avropa, Cənub Asiya, Meksika). 

Əlavə məlumat Geoxronoloji şkala, Eon ...
Bağla

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.