From Wikipedia, the free encyclopedia
Osmanlı-İran müharibəsi (1821–1823) — Osmanlı dövləti ilə İranda hakimiyyətdə olan Qacarlar arasında baş vermiş müharibədir.[1]
Osmanlı-İran müharibəsi (1821-1823) | |||
---|---|---|---|
| |||
Tarix | 1821-1823 | ||
Yeri | Şərqi Anadolu və İraq | ||
Səbəbi | Sərhəd münaqişələri | ||
Nəticəsi | Müharibədən əvvəlki sərhədlər dəyişmədi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Müharibəyə yol açacaq əsas səbəblərdən biri Qacarlara qarşı üsyan etmiş Cənubi Azərbaycandan olan tayfa başçılarının Osmanlı imperiyasında sığınacaq tapması idi.[2]
Həmçinin Birinci Rusiya-İran müharibəsində məğlub olaraq, böyük torpaqlar itirən Qacarlar bu itirilmiş torpaqları Osmanlıdan alacaqları ərazilər hesabına doldurmaq istəyirdilər.
Qacarlar tərəfindən sərhəd pozuntularınnı və hücumların sayının artmasından sonra Osmanlı sultanı II Mahmud Qacarlara müharibə elan etdi (1820). Qacar qoşunu Bağdad və Şəhrizor bölgələrinə hücum etdilər. Ümumiyyətlə müharibə İraq və Anadolu bölgəsində getmişdir.
Osmanlıdan narazı olan Şərqi Anadoluda yaşayan tayfaların da Qacarların lehinə üsyan qaldırmasından sonra Qacar ordusu Şərqi Bəyazit və Bitlisi tutdu. Vəliəhd şahzadə Abbas Mirzənin başçılıq etdiyi Qacar ordusu iki istiqamətdə Ərzurum və Diyarbəkirə yönəldi, lakin yolda Qacar ordusunda vəba xəstəliyi yayıldı.[2] Ordunun ağır itkilər verməsindən sonra Fətəli şah Qacar sülh istədi.
Qacarların sülh istəməsindən sonra ağır vəziyyətdə olan Osmanlı sülh təklifini dərhal qəbul etdi. İmzalanan Ərzurum sülh müqaviləsinə görə Qacarlar tutduqları torpaqları Osmanlı dövlətinə geri verərək geri çəkildilər. Həmçinin də Qacarlar dövləti ərazisindən gələn ziyarətçilrə İslam dininin müqəddəs ziyarətgahlarına girişinə Osmanlı dövləti tərəfindən qarantiya verildi.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.