From Wikipedia, the free encyclopedia
Olimpiya talismanı — Olimpiya oyunlarının simvollarından biridir.
İlk əvvəllər Olimpiya Oyunlarının simvolları gerb (beş bütöv halqa ) və Olimpiya məşəli idi. Olimpiya talismanının yaradılması ideyası isə rəsmən 1972-cü ilin yayında Almaniyada Münhen şəhərində keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin 73-cü sessiyasında təsdiqlənib. Olimpiya oyunlarının ilk talismanı ilə bağlı bir neçə fikir olsa da, insanların əksəriyyəti ilk Olimpiya talismanının 1968-ci ildə Fransada Qrönobl Qış Olimpiya Oyunlarında istifadə olunduğunu qəbul edir. Ancaq ilk rəsmi Olimpiya talismanı 1972-ci il Münhen Yay Olimpiya Oyunlarındakı Taksa it cinsini simvolizə edən Valdi qəbul olunur.[1] 1968-ci il Yay və Qış Olimpiya oyunlarının talismanları isə qeyri-rəsmi talismanlardır. Olimpiya oyunlarının talismanı Oyunları populyarlaşdırmaq və Olimpiya Hərəkatının prinsiplərini təbliğ etmək üçün nəzərdə tutulub. Talisman Olimpiya oyunlarını qəbul edən ölkənin mədəniyyət xüsusiyyətlərini əks etdirən və müasir Olimpiya Hərəkatının dəyərlərini təmsil edən insan, heyvan və ya uydurulmuş bir obraz ola bilər.
Games | Şəhər | Talisman | Obraz | Tərtibatçı | Haqqında | Şəkil | |
---|---|---|---|---|---|---|---|
1968 Qış Olimpiya Oyunları | Qrönobl | Schuss | Stilizə edilmiş dağ xizəkçisi | Madam Lafargue | Dağ xizəngçisi Schuss ilk olimpiya talismanı idi. O 1968-ci il Qrönobl Qış Olimpiya Oyunlarının talismanı kimi yaradılmışdı. Schuss-un döş nişanları və şəkilləri o qədər populyar olub ki, o, Oyunların qeyri-rəsmi talismanı olub. | ||
1968 Yay Olimpiya Oyunları | Mexiko | El Jaguar Rojo de Chichen-Itza | Qırmızı yaquar | ||||
Paloma de la Paz | Göyərçin | Eduardo Terrazas və Lens Wyman | Ağ göyərçin "Los juegos de la Paz" (Sülh oyunları) şüarını təsvir edirdi. | ||||
1972 Yay Olimpiya Oyunları | Münhen | Waldi | Taksa (it cinsi) | Otl Aicher | Taksa Bavariyada məşhur it cinsidir. Bu talisman idmançılar üçün tələb olunan atributları - mübarizə, inadkarlıq və cəldliyi təmsil edib. | ||
1976 Qış Olimpiya Oyunları | İnsbruk | Schneemann | Qaradam | Valter Pötsch | |||
1976 Yay Olimpiya Oyunları | Monreal | Amik | Qunduz | İvona Laroş, Pyer-İv Pelletye, Qay StArno, Corc Huel | Kanadanın milli simvollarından biri. | ||
1980 Qış Olimpiya Oyunları | Leyk-Plesid | Roni | Amerika yenotu | Donald Moss | Onun sifətinin tərtibatı olimpiyaçılar tərəfindən istifadə olunan eynəyi və papağı xatırladırdı. | ||
1980 Yay Olimpiya Oyunları | Moskva | Mişa | Ayı balası | Viktor Çiznikov | Ayı SSRİ-nin milli simvolu idi. Mişa talismanı bütün dünyada çox populyar olub. | ||
1984 Qış Olimpiya Oyunları | Sarayevo | Vuko | Balaca canavar | Joze Trobec | Vuko üç məşhur Yuqoslaviya qəzetinin oxucuları tərəfindən altı namizəd arasından səsvermə ilə seçilib. | ||
1984 Yay Olimpiya Oyunları | Los-Anceles | Sam | Ağbaş dəniz qartalı | Robert Mur (The Walt Disney Company-dan) | ABŞ-nin simvollarından biridir. | ||
1988 Qış Olimpiya Oyunları | Kalqari | Haydi və Hoydi | İki ağ ayı | Şila Skott | Haydi və Hoydi birinci cüt Olimpiya talismanları idi. Hər ikisi Qərbi Kanadanın qonaqpərvərliyini təsvir edirdi. | ||
1988 Yay Olimpiya Oyunları | Seul | Xodori | Amur pələngi | Hyun Kim | Seul Olimpiadasının talismanı Koreyalıların mehriban və qonaqpərvər ənənələrini təsvir edirdi. Adının mənşəyi Koreya dilində pələng sözünün "Xo" ilk hecasından və Koreyada bəstəboy oğlanlara verilən "Dori" adının birləşməsindən əmələ gəlir. Talismanın boynundan daha çox medalı xatırladan Olimpiya halqaları asılmışdı və başına isə ənənəvi Koreya rəqsini simvolizə edən papaq qoyulmuşdu. | ||
1992 Qış Olimpiya Oyunları | Albertvil | Magique | insan şəkilli ulduz | Filipp Mairesse | Magique talismanı ulduz fomasında idi və Fransanın milli rənglərini özündə əks etdirirdi.[2] | ||
1992 Yay Olimpiya Oyunları | Barselona | Kobi | Kataloniya Qoyun iti | Xavyer Mariscal | Oyunların talismanı xüsusi olaraq televiziya seriyalarında tamaşaya qoyulan iti idi. Talisman Kubizm üslubunda tərtib olunmuşdu. | ||
1994 Qış Olimpiya Oyunları | Lillehammer | Hakon və Kristin | iki norveçli uşaq | Lillehammerdə oyunların talismanları ilk dəfə idi ki, insanlar idi. Hər iki talisman vikinq paltarında idilər. | |||
1996 Yay Olimpiya Oyunları | Atlanta | İzzy | abstrakt fiqur | Con Rayan | Atlantada 1996 Olimpiadanın talismanı mücərrəd fantaziyanın göstərici idi. Talisman bu nədir? sözü əsas götürülərək İzzy adlandırılmışdır, çünki heç kim onun real olduğu barədə dəqiq heç nə bilmirdi. Bu həm də ilk kompüter tərəfindən yaradılmış talisman idi. | ||
1998 Qış Olimpiya Oyunları | Naqano | Sukki Nokki Lekki Tsukki | Dörd bayquş | Yaponiyanın dörd əsas adasını təsvir edirdi. | |||
2000 Yay Olimpiya Oyunları | Sidney | Syd Olly Millie | Kokaburra Ördəkburun Yexidna | Yuzef Sekerş, Metyu Hatton | Sidney Olimpiya Oyunlarının talismanları Avstraliya materikində yaşayan üç heyvan idi. Onların adları Olimpiya, Sidney və Minilliyin qısaldılmış formalarıdır. (ing. Olympic, Sydney and Millennium) | ||
2002 Qış Olimpiya Oyunları | Solt Leyk Siti | Powder Copper Coal | Amerika dovşanı Koyot Baribal | Stiv Small, Landor Associates[3] | Hər üç talisman ABŞ-nin Yuta ştatının yerli heyvanlarıdır. Bu talismanlar həm də Olimpiya şüarını da simvolizə edirlər. | ||
2004 Yay Olimpiya Oyunları | Afina | Afina və Phevos | Qardaş və bacı | Spiros Gogos | Qədim Yunan kuklalarını xatırladan iki müasir uşaq. | ||
2006 Qış Olimpiya Oyunları | Turin | Neve and Gliz | qartopu və buz kristallarından hazırlanmış insanlar | Pedro Albukerke | Talismanların əsas keyfiyyətlərinə ətraf mühitə və idmana qayğı, ruh yüksəkliyi daxil idi. Onlar Turin 2006 Təşkilat Komitəsi tərəfindən həyata keçirilən beynəlxalq layihə müsabiqədəsində qalib gələn dizayner Pedro Albukerke tərəfindən yaradılıb. | ||
2008 Yay Olimpiya Oyunları | Pekin | Beibei, Jingjing, Huanhuan, Yingying Nini | Balıq, Böyük panda, Olimpiya məşəli, Tibet antilopu, Qaranquş | Han Meilin | Bu beş ad "Beijing huan ying ni" (北京欢迎你) ("Pekin sizi salamlayır") Çin ifadəsindən formalaşıb. Hər biri Olimpiya halqası və Shui feng elementini təsvir edir. | ||
2010 Qış Olimpiya Oyunları | Vankuver | Miga, Quatchi, Sumi Mukmuk | mifik dəniz ayısı, sasquatch, heyvan ruhunun himayəçisi, Vankuver marmotu | Meomi Dizayn (Viki Vonq və Maykl Mörfinin qrupu) | Təşkilatçıların sözlərinə görə, talismanlar, mifologiyanın təcəssümü kimi, fərqli etnik qrupların yaşadığı ölkə olan Kanada haqqında dünyaya dolğun məlumat verib. | ||
2012 Yay Olimpiya Oyunları | London | Wenlock and Mandeville | Iris ( kreativ agentlik) | Bu iki məzəli karikatura animasiyasının London Olimpiya Stadionu üçün son dayaq tirinin inşasından qalan poladın son hissəsindən yaradılacağı deyilmişdi. | |||
2014 Qış Olimpiya Oyunları | Soçi | Ağ ayı, Bəbir, Dovşan | Silvia Petrova, Vadim Pak, Oleg Serdechny | Bunlar ilk talismanlar idi ki, onlar ümumxalq səsverməsi yolu ilə seçilmişdi. 2012-ci ildə Rusiya üzərində talismanların təsviri olan yeni 25 rublluq sikkələrini təqdim etmişdi.[4][5] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.