Oginski kanalı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Oqinski kanalı — Belorus ərazisində kanal. 1767—1783-cü illərdə tikilmişdir. Kanal Yaselda çayını Şara çayı ilə birləşdirir. Bununla da kanal Baltik dənizi ilə Qara dəniz arasında əlaqə yaradır[1]. Kanalın bir hissəsini Vıqonoşanski və Vulkovski gölləri təşkil edir. Göllərlə birlikdə uzunluğu 55 km-dir. İlk vaxtlar kanalı Telexanskiy kanal adlanmışdır.
Oqinski kanalı | |
---|---|
Агінскі канал | |
| |
Axdığı yerlər | Belarus |
Giriş | 52°46′ şm. e. 25°53′ ş. u.HGYO |
Mənsəb | 52°16′ şm. e. 25°55′ ş. u.HGYO |
Uzunluğu | 47 km |
Giriş hündürlüyü | 151,6 m |
Mənsəbin hündürlüyü | 136,0 m |
Vikianbarda əlaqəli mediafayllar |
Kanal Mixail Kazimir Oqinskinin şərəfinə adlandırılıb. Məhz Mixail Oqinski kanal tikintisinin ideyasını vermişdir. Tikintinin təşkilatçısı Matey Butrimoviç olmuş və kanal tikintisinin bütün təşkilatçılığını aparmışdır. Mütəxəssislərin və işçilərin dəvət edilməsinə də Butrimoviç rəhbərlik etmişdir.
1783-cü ildə kanal istifadəyə verilib və XIX əsrdə gündəlik paroxodlar Pinsk-Telexan, Pinsk-Slonim (gün ərzində iki dəfə) istiqamətində hərəkət edirdilər. Ancaq gəmilər kanaldan Vıqonşanskıy gölünə kimi insan və at dartqısının köməyi ilə gətirilərdi. Kanalın hesabına ətraf kəndlərdə canlanma başlamışdır.
Oqinski kanalı dərin deyildi və bu üzdən quraq dövrlərdə hərəkət çətinləşirdi. Bu səbəbdən 23 fevral 1795-ci ildə I Pavelin sərəncamı ilə kanal dərinləşdirildi. Yenidənqurma işlərinə 60 min rubl xərclənmişdi. Kanal həm dərinləşmiş, həm də eni 10 metrə çatdırılmışdır.
Birinci Dünya Müharibəsi illərində kanal çox ciddi zədələnmiş və bütün hidrotexniki qurğular partladılıb sıradan çıxarılmışdır. Qərbi Belorusun Polşaya birləşməsindən sonra Polşa hökuməti kanalın yenidən bərpasına başlamış və 1939-cu ildə istifadəyə verilmişdir. 1941-ci ilə qədər kanaldan əsasən ağac axıdılması üçün istifadə olunmuş, qismən isə gəmiçilk əhəmiyyəti olmuşdur.
1942-ci ildə sovet partizan dəstələri ilə alman hərbçiləri arasında gedən döyüşlərdə kanalın naviqasiya sistemi dağıdılmış və bir daha bərpa olunmamışdır. 1960-cı illərdə kanal birdəfəlik istifadəyə yararsız elan edilmiş və bənd, şlüz partladılmışdır. Kanalın Xəzər və Qara dənizlərlə Baltik dənizi arasında qısa yol olmasına baxmayaraq onun bərpası həyata keçirilməmişdir.[2]
Kanal müasir dövrdə turist obyekti kimi fəaliyyət göstərir. Kanalın fəaliyyəti bərpa olunmasa da, bu məsələ hələ də aktual olaraq qalır. Kanal boyu ancaq iki hissə normal vəziyyətdədir - Telexan əhalisi isirahət üçün məhz Vulka gölü hissəsindən istifadə edir. 1980-ci ildə kanalın gölə çıxan hissəsi torpaq bəndlə bağlanmışdır[3].
Dəfələrlə kanalın bərpası təklifləri olsa da, sonda layihə az səmərəli elan olunmuşdur. Hesablamaya görə, kanalın bərpasına 40 milyard Belorus rublu gərəkdir.[4] 2007-ci ildə hava şəraitinə görə (quraqlıq və aramsız yağışlar) Oqinski kanalı ekoloji təhlükə zonası elan edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.