From Wikipedia, the free encyclopedia
Noşi (熨斗?) – Yaponiya mədəniyyətində hədiyyələrə yapışdırılan oriqami ornamenti. Uğur diləmək üçün istifadə olunur və abalonu təmsil edir.[1]
Yaponiya mətbəxində qida məhsulu istifadə olunan abalonlar keçmiş dövrlərdə dini əhəmiyyətə malik idi və qızardılaraq dini qida kimi kamilərə təqdim olunurdu. Belə ki, yapon dilində abalon tikəsini bildirmək üçün "noşiavabi" sözündən istifadə olunur. Yapon dilində "noşi" sözü "uzanmaq" mənasına gəldiyi üçün abalonlar uzunömürlülük diləmək üçün təqdim olunan qida məhsulu kimi tanınmışdır və əhəmiyyətli tədbirlər üçün göndərilmiş hədiyyələrin üstünə əlavə olunurdu.[2]
Tədricən noşi adəti sadələşmiş və uğur dilmək üçün kağızdan hazırlanmış noşilər hazırlanmağa başlanmışdır.[2] Müasir dövrdə noşilər toy, ad günü kimi tədbirlər üçün göndərilmiş hədiyyələrə yapışdırılan oriqami ornamentidir. Bəzən kağızdan hazırlanmış noşi yerinə noşi simvolundan istifadə olunur.[3]
Noşi hoşoqami adlı bərk kağızdan hazırlanır və mizuhiki adlı xüsusi iplə bağlanır. Hazırlanması zamanı ağ və qırmızı kağızdan, eləcə də, sarı zolaqdan istifadə olunur. Sarı zolaq abalonu təmsil edir. Daha az formal hədiyyələr üçün ucuz materiallardan istifadə olunur.[3]
Noşinin bir neçə növü var. "Uzun noşi" mənasına gələn naqanoşi nişan və toy adətlərində təqdim olunur. "Dekorativ noşi" mənasına gələn kazarinoşi şam, bambuk və ərik ornamanetlərindən ibarət olur. İki tərəfdən də qatlanmış noşi növü ryorinoşi adlanır.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.