NoMad (Manhetten)
From Wikipedia, the free encyclopedia
NoMad (ing. "North of Madison Square Park"), Medison Skver Norz (ing. Madison Square North) kimi də tanınır[1][2] — Nyu-York şəhəri Manhetten borosunun Medison Skver Norz tarixi rayonunda yerləşən rayon.
1999-cu ildən istifadə edilən[3][4] rayonun NoMad adı Medison Skver parkının şimalında yerləşməsi ilə əlaqəlidir. Rayonun cənub sərhədi 25-ci küçə, şimal sərhədi Şərqi 29-cu və ya 30-cu küçələr, qərb sərhədi Altıncı prospekt və şərq sərhədi Medison və ya Leksinqton prospektlərində yerləşir.[1][5] Qonşu rayonları içərisində qərbdə Çelsi, şimal qərbdə Midtaun Manhetten, şimal şərqdə Mari Hill, şərqdə Rouz Hill və cənubda Fletayron yer alırlar. NoMad Manhettenin 5-ci dairəsinin bir hissəsidir.[6]