![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/67/Flatiron_District.jpg/640px-Flatiron_District.jpg&w=640&q=50)
Fletayron
From Wikipedia, the free encyclopedia
Fletayron (ing. Flatiron District — Fletayron kvartalı) — Manhettendə rayon.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/67/Flatiron_District.jpg/640px-Flatiron_District.jpg)
Fletayron qərbdə Altıncı prospekt və Çelsi rayonu, şərqdə Park prospekti və Qramersi rayonu, şimalda 23-cü küçə və Medison Skver (və ya NoMad) və cənubda 14-cü küçə, Yunion Skver və Qrinviç Villic ilə əhatələnib.[1][2][3][4][5][6]
Brodvey rayonun ortasından keçir, Medison prospekti 23-cü küçədə başlayır və şimala doğru gedir. Rayonun şimalında (şəhərin yuxarı hissəsində) 2001-ci ildə tamamilə təmir edilmiş Medison Skver parkı yerləşir. Fletayron rayonuna Xanımlar milyası və Milli Tarixi Yer olan Teodor Ruzveltin doğum yeri daxildir. Fletayron eyni zamanda Nyu-Yorkun yüksək texnoloji sektorunun metonimi olan Silikon alleyasının yaradıldığı yerdir.[7][8]
Fletayron Manhettenin 5-ci dairəsinin bir hissəsidir.[9]