From Wikipedia, the free encyclopedia
Nikolay Dmitriyeviç Suxov (d. 8 avqust, 1914, Rusiya – ö. 26 oktyabr, 1983, Soçi) — Sovet İttifaqı Qəhrəmanı (1 iyul 1944)
Nikolay Suxov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Soçi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Hərbi hava qüvvələri |
Rütbəsi | Qvardiya kapitanı |
Döyüşlər | |
Təltifləri |
|
Nikolay Suxov 8 avqust 1914-cü ildə Rusiyanın Saratov vilayətinin Volsk şəhərində rus ailəsində anadan olub. 1937-ci ildə Bakı şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Qvardiya kapitanı 1940-cı ildə Odessa Hərbi Aviasiya məktəbini bitirmişdir. 1-ci Belarusiya Cəbhəsində 16-cı hərbi ordusunun 27-ci bombardımançı alayının eskadrilya komandirinin müavini olmuşdur. Belarusiyanın Qomel şəhərində düşmənin xeyli təyyarəsini məhv etmişdir. Stalinqrad, Xarkov, Bobruysk, Oryol və Polşadakı döyüşlərdə iştirak etmişdir[1].
1 iyul 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. Müharibədən sonra təhlükəsizlik orqanlarında işləmişdir[1].
Krasnodar diyarının Soçi şəhərində yaşamışdır. 26 oktyabr 1983-cü ildə Soçidə vəfat etmişdir[1].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.