From Wikipedia, the free encyclopedia
"Nemezis" əməliyyatı — Daşnaksütyun partiyasının keçirdiyi terror aksiyası. Aksiyanın məqsədi erməni soyqırımını və Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınması idi. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi. Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi "Nemezidanın" adından götürülmuşdür.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Nemezis əməliyyatı | |
---|---|
Yeri | |
Səbəbi | erməni soyqırımı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əməliyyatın keçirilməsi erməni ictimai-siyasi xadimi olan Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrəvanda keçirilən Daşnaksütyun partiyasının IX qurultayında qərara alınmışdır.
Soyqırıma guya aidiyyəti olan insanların 650 nəfərlik bir siyahı tutulur, onların içərisindən 41 nəfər, "əsas günahkarlar" elan edilir. Əməliyyata rəhbərlik üçün xüsusi orqan yaradılır, bütün əməliyyat üçün o orqan məsul idi (orqanın rəhbəri Ermənistan Respublikasının ABŞ-dəki elçisi Armen Qaro idi) bununla yanaşı xüsusi fond da yaradılır (fondun rəhbəri – Şaan Satçaklyan). Operativ rəhpərlik və əməliyyatın maddi dəstəyi ilə Şaan Natali və Qriqor Merdjanov məşğul idi.
İnformasiyanın yığılmasında özünü türk tələbə kimi qələmə verən Qraç Papazyan aktiv iştirak edirdi, o mühacirətdə yaşayan "gənc türklərlə" yaxın əlaqələr qura bilmişdi. Qətlin törədilməsi üçün, 3–5 nəfərdən ibarət qrup yaradılırdı, bu qrup qətlə yetiriləcək şəxsi izləməklə məşğul olurdu, sonra qrupdan bir nəfər qətli törədirdi, əgər öldürmək istədikləri şəxsi cangüdənlər qoruyurdusa onda qətlə iki-üç nəfər gedirdi. Əməliyyatın iki əsas təşkilati mərkəzləri var idi. Bunlar "Çakatamart" (İstanbul) və "Droşak" (Boston) qəzetlərinin redaksiyaları idi.
1920-ci ildə İstanbulda terrorçuların türklərlə əməkdaşlıqda günahlandırdığı bir neçə ermənini qətlə yetirirlər. Mkrtıç Arutunyan, A. Şirakyanın sözlərinə görə o, "sadist və türk gizli polisininn siyasi şöbəsinin üzvü idi" Soqomon Teyliryan tərəfindən qətlə yetirilmişdir.
Vahe İsxan (Yesayan) 1915-ci ildə soyqırımı olunacaq erməni cinayətkarların siyahısının tərtibində iştrak etmişdir. Arşavir Şirakyan tərəfindən qətlə yetirilmişdir.
Hamayak Aramyants, Qınçaq partiyasının keçmiş üzvü, 1914-cü ildə erməni terrorçularının Tələt paşaya qarşı hazırladığı sui qəsd barədə polisə xəbər vermişdi. Arşak Yezdanyan tərəfindən qətlə yetirilmişdir.
Terrorçuların hazırladığı ölüm siyahısında ilk adlardan biri Türkiyənin keçmiş hərbi naziri, Ənvər paşanın adı idi. İttihad və Tərəqqi cəmiyyətinin keçmiş baş katibi doktor Nazimin adı da o siyahıda ilk adlardan biri idi. Onlar da erməni terrorçuları tərəfindən izlənirdilər. Lakin terrorçular onları qətlə yetirə bilmədilər. Erməni zabit Hakob Melkumov tərəfindən öldürüldü.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.