Nağdəli bəy (v. 1627) — Səfəvilərin İngiltərəyə göndərilmiş səfiri.

Cəld faktlar Əvvəlki, Şəxsi məlumatlar ...
Nağdəli bəy
Thumb
Nağdəli bəyin Londonda Riçard Qrinböri tərəfindən çəkilmiş rəsmi, 1626
1626 1627
ƏvvəlkiRobert Şirli
Şəxsi məlumatlar
Vəfat tarixi 1627
Dəfn yeri
Fəaliyyəti diplomat
Bağla

Fəaliyyəti

1626-cı ildə I Abbas tərəfindən İngiltərə kralı I Çarlza səfir göndərilmişdi. Nağdəli bəyin səfir kimi tələb edilməsi əslində Ost-Hind şirkətiRobert Şirli arasında çıxan bir anlaşmazlığa görə olmuşdu. Robert Şirli İran ipəyinin monopoliyasını İspaniyaya verməyi təklif etməsi şirkətin maraqlarına əks idi və buna görə də şirkət Şirliyə şər ataraq I Abbasdan yeni səfir tələb etmişdi. Yeni səfir Nağdəli bəy kralın hüzuruna çıxanda Robert Şirli onu saxtakar olmaqla günahlandırmış, əsl səfirin özü olduğunu demişdi. Çarlz isə hər iki səfirə öz ölkələrinə qayıtmağı və problemlərini şahın yanında həll etmələrini tapşırır.

Ailəsi

İbrahim xan adlı oğlu vardı.[1]

Ölümü

Nağdəli bəy 1627-ci ildə Qərbi Hindistan sahillərinə çatanda intihar edir. Belə ki, şahın yanına əliboş qayıtmaqdan utanan səfir 4 gün dayanmadan tiryək qəbul edərək intihar edir. Məzarı Suratdadır.

İstinadlar

Mənbə

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.