From Wikipedia, the free encyclopedia
Nao Dequçi (出口 なお, Dequçi Nao?, 16 dekabr 1836[1][2] və ya 22 yanvar 1837, Fukuçiyama[d], Kioto prefekturası – 6 noyabr 1918[3][2], Ayabe[d], Kioto prefekturası) – Yaponiya dini xadimi. Oomoto dininin əsasını qoymuşdur.
Nao Dequçi 1837-ci ildə Yaponiyanın Tanba əyalətinin Fukuçiyama şəhərində doğulmuşdur.[4] Kirimura Qorosaburonun qızı idi.[5] 1855-ci ildə dülgərliklə məşğul olan Toyosuke Şikata (daha sonra Seyqoro Dequçi) ilə evlənmişdir.[4] Evlilikdən 3 oğlu və 5 qızı olmuşdur.[5] Alkoqolik olması ilə tanınan əri 1887-ci ildə ölmüşdür.[4]
51 yaşında 8 uşağı ilə dul qalan Dequçi ailəsini dolandırmaq üçün xırda işlərlə məşğul olmağa başlamışdır. Ən böyük oğlu intihara cəhd etmiş, daha sonra yoxa çıxmış, evli olan iki qızı isə psixoloji problemlər yaşamışdırlar.[4]
Dequçi 1892-ci ilin yanvarında vəhylər görməyə və Uşitora no Koncin adlı tanrının onunla danışdığını iddia etməyə başlamışdır. Bədəninin bu tanrı tərəfindən ələ keçirdiyini iddia edən Dequçi onun vasitəçisi olmağa qərar vermişdir.[4] Dequçini formal təhsil almasa da, ona ötürüldüyünü iddia etdiyi vəhyləri yazmağa başlamışdır.[6] "Ofudesaki" adlı bu yazılar Oomoto dininin əsas mətnləri olmuşdur. Dequçinin vəhyləri məsihçi xarakterli olmuşdur. O, bədxah, çürüyən dünyanın tezliklə yenilənəcəyini, bir xilaskarın ortaya çıxmasından sonra sülh dövrünün başlayacağını iddia edirdi. O, sağaldıcı güclərə malik olduğunu inkar etsə də, bir çox xəstəni sağaltdığını iddia etmişdir.[4]
Nao bir neçə dini qrupla fəaliyyət göstərdikdən sonra 1898-ci ildə eyni vəhyləri görən Kisaburo Ueda (daha sonra Onisaburo Dequçi) ilə tanış olmuşdur. Onisaburo Naonun vəhyləri və yazıları əsasında Oomoto adlı dini təlim formalaşdırmışdır. Onisaburo Naonun qızı Sumi ilə evlənmiş bu bu dini hərəkatın liderinə çevrilmişdir.[4] Oomoto dini şintoizmə əsaslanan imperator sistemini tənqid edirdi. Bu səbəbdən Onisaburo Dequçi 1920 və 1930-cu illərdə hökumətin təzyiqləri ilə üzləşmişdir.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.