Yaponiya həkimi və botaniki From Wikipedia, the free encyclopedia
Nakaqava Cunan (中川 淳庵?, 1739[1], Edo[d] – 2 iyul 1786, Edo[d]) – Yaponiya həkimi, botaniki və ranqaku alimi.
1739-cu ildə Obama hanında[a] həkim ailəsində doğulmuşdur.[2] O, gənc yaşlarından etibarən botanika və mineralogiyaya maraq göstərmişdir.[2] 1764-cü ildə Hiraqa Qennay ilə birlikdə asbest parçanı ixtira etmişdir.[2] O, daha sonra Qərb tibbinə maraq göstərmiş və Yasutomi Kisekidən holland dilini öyrənmişdir.[2] Maeno Ryotaku, Suqita Qenpaku və digər alimlərlə birlikdə alman anatom Yohan Adam Kulmusun "Anatomiya cədvəlləri" (alm. "Anatomische Tabellen", 1722) əsərinin 1734-cü ildə nəşr olunmuş holland versiyasını (nid. "Ontieedkundige Tafelen") yapon dilinə tərcümə etmişdir.[2] Bu əsər 1774-cü ildə Yaponiyada "Yeni anatomiya kitabı"[b] adı ilə nəşr olunmuş və Yaponiyada Qərb tibbinin öyrənilməsi üçün vacib rol oynamışdır.[2]
Cunan isveçli həkim və botanik Karl Peter Tunberqdən dərslər almış, hollandların Naqasakidə yerləşən ticarət postunun direktoru İsaak Titsinqlə dostluq etmişdir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.