From Wikipedia, the free encyclopedia
Məşədi Əli Rəfiyev və ya Əli Rəfioğlu (11 mart 1889, Yelizavetpol – 9 sentyabr 1948, İstanbul) — Gəncə Şəhər Dumasının qlasnısı (1910–1913), Gəncə Dövlət Bankının sədri, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin (1917), daha sonra Müsavat Partiyasının üzvü, Müsavat Partiyasının Gəncə təşkilatının sədri, Müsavat Partiyasının xarici bürosunun üzvü və xeyriyyəçi.
Məşədi Əli Rəfiyev | |
---|---|
Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin sədri | |
1918 – 1920 | |
1910 – 1913 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 mart 1889 |
Doğum yeri | |
Vəfat tarixi | 9 sentyabr 1948 (59 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Atası | Hacı Məmmədhüseyn Rəfiyev |
Vikianbarda əlaqəli mediafayllar |
Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanının iştirakçısı olub, üsyan məğlub olduqdan sonra mühacirət edib.
Məşədi Əli Hacı Məmmədhüseyn oğlu Rəfiyev 11 mart 1889-cu ildə[1] Gəncədə anadan olub.[2][3] İlk təhsilini Gəncənin "Şah Abbas" məscidinin yanındakı mədrəsədə alıb. Sonra isə, Gəncə Kişi Gimnaziyasını bitirib.[4] Təhsilini bitirdikdən sonra ticarətlə məşğul olub.[2][4]
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü kimi xeyriyyəçilik fəaliyyəti göstərib.[5] Gəncə general-qubernatorunun fərmanı ilə atası Hacı Məmmədhüseyn və qardaşı Abbasla birlikdə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü seçilib.[2][4] 1906-cı ildə qurulmuş "Difai" partiyasının Gəncə Komitəsinin üzvü olub.[3] 1910-cu ildəki seçkilərdə "Nəşri-Maarif" cəmiyyətinin Gəncə şöbəsinin idarə heyətinə, 1909–1913-cü illər arasında isə Gəncə Şəhər Dumasına üzv seçilib.[2] 1917-ci ildə yaradılmış Türk Ədəmi-Mərkəziyyət Firqəsinin, firqə "Müsavat" partiyası ilə birləşdikdən sonra isə Müsavat partiyasının fəal üzvlərindən olub.[4]
Nəsib bəy Yusifbəylidən sonra Müsavat Partiyasının Gəncə təşkilatına rəhbərlik edib.[4][6] Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk milli Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin müdiri olub.[2][6] 1919-cu il 2–11 dekabr arasında Bakıda keçirilmiş Müsavat Partiyasının ikinci qurultayında rəyasət heyətinə seçilib.[7]
Aprel işğalından sonra qardaşları ilə birlikdə sovet-bolşevik rejiminə qarşı Gəncə üsyanının təşkilində iştirak edib.[4] Üsyan yatırıldıqdan sonra təqiblərdən qurtularaq Türkiyəyə mühacirət edib. Mühacirətdə Müsavat Partiyasının xarici bürosunda fəaliyyət göstərib.[8][9]
Məşədi Əli bəy 1948-ci il sentyabrın 7-də İstanbulda dünyasını dəyişib.[10] Fəriköy qəbiristanlığında dəfn edilib.[1]
Atası Hacı Məmmədhüseyn Rəfiyev ticarətçi və sənayeçi olub.[8] Təbriz, Nijni Novqorod, İstanbul, Tehran və Parisdə xalça mağazaları olub. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, Difai Partiyasının Gəncə təşkilatının üzvü,[8] Gəncə Şəhər Dumasının qlasnısı olub.[11]
Qardaşı Musa bəy Rəfiyev Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Azərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü olub.[12] Azərbaycan Cümhuriyyətinin ikinci və beşinci hökumətlərində nazir vəzifəsini daşıyıb.[13][14] Azərbaycan Cümhuriyyəti Parlamentinə Müsavat partiyasından seçilərək Maliyyə-büdcə komissiyasında fəaliyyət göstərib.[15][16] Gəncə üsyanının təşkilatçılarından biri olub. Üsyan məğlub olduqdan sonra əvvəlcə İstanbula daha sonra isə Təbrizə mühacirət edib.[17][18]
Məşədi Əli Rəfiyev 1899-cu ildə Xədicə Rzayeva ilə ailə qurub. Bu evlilikdən 4 oğuları (Məhəmməd, Hüseyn, Səlim, İslam) və 3 qızları (Validə, Cəmilə, Şəfiqə) olub.[1] Gəncə Kişi Gimnaziyasının 10-cu sinfində oxuyan böyük oğlu Məhəmməd Rəfiyev Şamxor döyüşündə dünyasını dəyişib.[1][19] Gəncə üsyanından sonra Türkiyəyə mühacirət edən Məşədi Əli bəy bura oğulları Səlim və İslamı da gətirib.[20] Daha sonra burada ikinci dəfə İsmayıl bəy Qaspıralının qızı Nigar xanımla ailə qurub.[8][1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.