Müqəddəs Roma imperatoru — müasir tarixçilikdə Müqəddəs Roma İmperiyasının hökmdarlarına verilən ad. Titul orta əsrlərdə ilk dəfə və rəsmi olaraq Romalıların imperatoru (lat. Imperator Romanorum, alm. Kaiser der Römer) və erkən müasir dövrdən[1] Roma-Alman İmperatoru (lat. Imperator Germanorum, alm. Römisch-deutscher Kaiser) kimi də tanınırdı, Müqəddəs Roma İmperiyasının hökmdarı və dövlət başçısı idi. Bu titul VIII-XVI əsrlərdə İtaliya kralı titulu ilə Almanların kralı titulu (lat. Rex Teutonicorum) ilə birlikdə işlədilirdi.

Bu məqalə Alman imperator haqqındadır. Qədim Roma imperiyası hökmdarı üçün Roma imperatoru səhifəsinə baxın.
Cəld faktlar Keçmiş monarxiya, İlk hökmdar ...
Müqəddəs Roma İmperiyası imperatorları
Keçmiş monarxiya
Thumb
Erkən müasir dövrün Habsburq imperatorları tərəfindən istifadə edilən ikibaşlı Reyxsadler
İlk hökmdar Böyük Karl
Son hökmdar II Frans
Titul İmperator
İdarəetmə forması İmperiya
Yaranması 25 dekabr 800
Süqutu 6 avqust 1806
Bağla

Müqəddəs Roma İmperatoru titulu orta əsr Katolik monarxları arasında ən yüksək prestijli olanı idi, çünki Roma Katolik Kilsəsi imperiyanı Orta əsrlər və erkən müasir dövrdə Roma İmperiyasının yeganə varisi hesab edirdi. Beləliklə, nəzəriyyədə və diplomatiyada imperatorlar primus inter pares hesab olunurdu və Avropadakı digər Katolik monarxları arasında bərabər olanlar arasında birinci sayılırdı.[2]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.