From Wikipedia, the free encyclopedia
Mişa Titiyev (ing. Mischa Titiev; 1901[1], Kremençuk, Poltava quberniyası[d][1] – 1978[1]) – rus əsilli ABŞ antropoloqu.[2] Kremençuq şəhərində doğulmuş, 1907-ci ildə ailəsi ilə birlikdə ABŞ-nin Boston şəhərinə köçmüşdür.[2]
Titiyev Harvard Universitetində təhsili alaraq 1923-cü ildə bakalavr dərəcəsi, 1924-cü ildə ingilis ədəbiyyatı üzrə magistr dərəcəsi, 1935-ci ildə antropologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.[2] O, 1935-36-cı illərdə ABŞ Milli Park Xidməti üçün köməkçi muzey kuratoru və gənc arxeoloq olaraq işləmişdir.[2] 1936-cı ildə Miçiqan Universitetində işləməyə başlamış, 1951-ci ildə universitetin professoru olmuşdur.[2]
İkinci dünya müharibəsi zamanı Strateji Servis Ofisi üçün işləmişdir.[2] 1954-cü ildə Fulbrayt təqaüdü əsasında Avstraliya Milli Universitetinin professoru olmuşdur.[2] Təhsil sahəsindən təqaüdə çıxdıqdan sonra Miçiqan Universitetinin emerit professoru adına layiq görülmüşdür.[2]
Titiyevin əsas akademik maraqları hopilərin etnologiyası, Yaponiya və Peruda yaşayan yaponların sosial təşkilatlanması, Çilidə yaşayan araukanların etnologiyası olmuşdur.[2] O, Arizona ştatında hopilər, Çilidə araukanlar, Peruda yaponlar və Yaponiyanın Okayama bölgəsində yerlilər arasında sahə araşdırması aparmışdır.[2] Şərqi Asiya antropologiyası haqqında araşdırmalar aparmış, Miçiqan Universitetində Yaponşünaslıq mərkəzi qurmuşdur.[2] Titiyev hopilər arasında böyük hörmətə sahib şəxs olmuşdur.[2] Hopilər onu Üçüncü Mesa və Günəş klanı qəbilələrinə qəbul etmişdirlər.[2]
Titiyevin əsas əsərlərinə "Qədim Oraibi" (1944), "Araukan mədəniyyəti keçid mərhələsində" (1951), "İnsan elmi" (1954), "Mədəni antropologiyaya giriş" (1959) aiddir.[2] 1976-cı ildə Miçiqan Universitetinin Ədəbiyyat, Elm və İncəsənət Kolleci tərəfindən Mişa Titiyev kitabxanasının əsası qoyulmuşdur.[2] Bu kitabxana antropologiya sahəsinə aid böyük kolleksiyaya ev sahibliyi edir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.