![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0e/Hrushevskyi_Mykhailo_XX.jpg/640px-Hrushevskyi_Mykhailo_XX.jpg&w=640&q=50)
Mixail Qruşevski
From Wikipedia, the free encyclopedia
Mixail Sergeyeviç Qruşevski (ukr. Михайло Сергійович Грушевський; 29 sentyabr 1866[1][2][…], Xelm[d], Xolm qəzası[d], Lyublin quberniyası[d], Polşa çarlığı, Rusiya imperiyası – 26 noyabr 1934[3], 24 noyabr 1934[4] və ya 25 noyabr 1934[2][5][…], Kislovodsk, Şimali Qafqaz diyarı[d], RSFSR, SSRİ[7]) — Ukrayna tarixçisi, ictimai və siyasi xadimi, inqilabçısı. Ukrayna milli hərəkatının liderlərindən biri, Ukrayna Mərkəzi Radasının sədri, Lvov Universitetinin professoru (1894–1914), SSRİ Elmlər Akademiyasının akademiki, Çexiya Elm və İncəsənət Akademiyasının üzvü. Ukraynada elmi tarixşünaslığın banisi.
Mixail Qruşevski | |
---|---|
ukr. Михайло Сергійович Грушевський | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 sentyabr 1866(1866-09-29)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 26 noyabr 1934(1934-11-26)[3] (68 yaşında), 24 noyabr 1934(1934-11-24)[4] (68 yaşında) və ya 25 noyabr 1934(1934-11-25)[2][5][…] (68 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | sepsis |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, tarixçi, yazıçı, universitet müəllimi[d], ədəbiyyat tarixçisi, publisist |
Dini | şərqi ortodoks xristianlıq |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tarix[6], publisistika[6], siyasət[6] |
|
|
![]() |
|
![]() |
Qruşevski daha çox ukraynaşünaslıq tarixində fundamental əsərə çevrilmiş və qızğın elmi müzakirələrə səbəb olan on cildlik "Ukrayna-Rus tarixi"nin müəllifi kimi tanınır. O, eramızın I minilliyinin ortalarından başlayaraq indiki Ukrayna ərazisində slavyan əhalisinin təcrid olunması haqqında dissertasiya müdafiə etmiş, beləliklə, Qruşevski regionda son nəticədə digər şərq slavyanlarından fərqli olan xüsusi bir etnik qrupun yaranmasına səbəb olan ayrılmaz etnik-mədəni inkişaf konsepsiyasını irəli sürmüşdür. Qruşevskinin konsepsiyasına görə, Kiyev Rus ukrayn dövlətçiliyinin bir forması, yəni "Ukrayna-Rus dövləti" kimi görünürdü. Qruşevski bu tarixşünaslığa əsaslanaraq bir tərəfdən ukrayna və rus xalqları arasında etnogenetik fərqi və onların inkişaf vektorlarının əsaslı fərqini elan edir, digər tərəfdən isə ukraynalıların Kiyev Rus dövlətində hegemon kimi dövlət varisliyini irəli sürmüşdür.[8] Eyni zamanda III İvandan II Yekaterinaya qədər rus torpaqlarının birləşdirilməsi siyasəti Qruşevski tərəfindən sırf mənfi hal kimi qiymətləndirilmişdir.