From Wikipedia, the free encyclopedia
Metakomet, Metakom və ya Kral Filip (1639[1], Yeni İngiltərə – 12 avqust 1676[2][3], Rod-Aylend) – Vampanoaqların şefi. Metakomet yerli koloniyaçılara qarşı başlatdığı Kral Filip müharibəsi ilə tanınır. Rod-Aylend dağlarında və bataqlıqlarında gizlənən Metakomet Şimali Amerikada ingilis koloniyalarına qarşı son böyük hücuma başçılıq etmişdir. Müharibənin sonlarına doğru Yeni İngiltərənin ən nifrət edilən şəxsi olmuşdur. Əsrlər sonra isə yerli aktivistlər tərəfindən avropalı müstəmləkəçilərə qarşı mübarizənin simvolu elan edilmişdir.[4]
1998-ci ildə yerlilərin təzyiqi ilə Plimutda Metakometin şərəfinə abidə ucaldıldı. Abidənin ucaldıldığı nöqtədə 300 il öncə edamından sonra ondan qalanlar sərgilənmişdir.[4]
Koloniyaçılar ilə Vampanoaq qəbiləsi arasında əlaqələr 1620-ci ildən etibarən pisləşməyə başlamışdı. Metakometin atası Massasoit koloniyaçıları müyyən qədər kömək etmişdir. 1630-cu ildən sonra ingilislərin sayı artmağa başladı. Ortaya çıxan torpaq tələbi qəbiləni pis vəziyyətdə qoyurdu. 1662-ci ildə qəbilə şefi olan Metakomet atasının ingilislərlə dostluq siyasətini rədd etdi. 1675-ci ildə xristianlığı qəbul etmiş bir Amerika yerlisinin Massaçusets ştatının Plimut şəhəri yaxınlığında donmuş göldə ölü tapılmasından sonra günahkar hesab olunan üç Vampanoaq üzvünün edam edilməsini müharibə səbəbi kimi qəbul edib Kral Filip müharibəsində Vampanoaqlara başçılıq etməyə başlamışdır. Metakomet və müttəfiqləri Massaçusets, Rod-Aylend və Konnektikut kimi yerlərdə ingilis koloniyaçılara hücum etdilər. Fermaları yandırıb, ingilisləri əsir aldılar.[4]
Əvvəlcə bır sıra qələbələr qazansalar da, qısa müddət ərzində ingilislər üstünlüyü ələ keçirdilər. Metakomet Rod-Aylenddə sıxışdırıldı. 1676-cı ilin avqust ayında öldürüldü. Bir nizə keçirilmiş başı digərlərinə ibrət olsun deyə Plimutda xalq içində gəzdirildi.[4]
Ölümündən sonra Amerikan yerlilərinin sayı kəskin azalmağa başladı və bir daha heç vaxt koloniyaçılar üçün mane olmadılar. Müharibədən sonra Metakometin oğlu kölə olaraq satıldı və digər Vampanoaqlarla birlikdə Bermuda aparıldı. Onların nəslində gələnlərin bəziləri indi də Bermuddakı Sent-Devid adasında yaşayırlar.[4]
Metakometin böyük qardaşı Vamsutta 1660–1662-ci illərdə qəbilə şefi olmuşdur. İngilislər tərəfindən əsir alındıqdan sonra naməlum səbəbdən öldü. Bir versiyaya görə zəhərlənmişdi. Bu hadisə Metakometin koloniyaçılara qarşı etibarının daha da azalmasına səbəb olmuşdu.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.