Mello (Death Note)
From Wikipedia, the free encyclopedia
Mixael Kel (yaponca: ミハエル・ケール, Hepbörn: Mihaeru Kēru?) və ya hər kəs tərəfindən istiifadə olunan adı ilə Mello (メロ, Mero?) — Tsuqumi Oba və Takeşi Obata tərəfindən yaradılmış "Death Note" animanqa seriyasından personaj. Seriya boyunca Mello Nia ilə birlikdə L-in əvəzedicilərindən biri kimi təqdim olunur. Həm Mello, həm də Nia L-in köməkçisi olan Vatarinin əsasını qoyduğu "Wammy's House" yetimxanasında böyümüşdülər, lakin Mello Kira adlı qatili tapmaq üçün Nia ilə birlikdə işləməyi rədd edir. Cərəyan edən hadisələr zamanı Mello mafiyaya qoşulur, Ölüm dəftərini tapır, bir neçə nəfərin ölümünə bais olur, ölməzdən qabaq isə Kiranın əsl şəxsiyyətini ifşa edə bilir. Anime və manqadan əlavə Mello video oyunlarda və ranobelərdə də peyda olmuşdur.
Mixael Kel | |
---|---|
Takeşi Obata tərəfindən çəkilmiş təsviri | |
Franşiz(lər) | "Death Note" |
Yayın tarixi | Fəsil 59: "Sıfır" (零, Rei?) |
Yaradan | Tsuqumi Oba, Takeşi Obata |
Səsləndirən | Nozomu Sasaki (yapon)[1], David Hurvitz (ingilis)[2] |
Profil | |
Növü | insan |
Cinsi | kişi |
Doğum tarixi | 13 dekabr 1989 (animedə 1992), Ölüm: 26 yanvar 2010 (animedə 2013) |
Yaşı | 14 |
Boyu | 171 sm |
Ləqəb(lər)i | Mello, M |
Komandaları | Wammy's House, Mafiya |
Mello Nia ilə birlikdə detektiv L ilə Kira adı ilə cinayət işləyən Layt Yaqami arasındakı sonsuz davam edən qarşıdurmanı dayandırmaq üçün yaradılmışdılar. Həm Mello, həm Nia L-dən sonra dizayn olunmuşdular və ilk öncə L-in oğulları olan əkizlər kimi təsəvvür edilmişdilər. Sonda, bu ideyadan istifadə olunmamış və orijinal dizaynlar seçilmişdir. Mellonu yapon anime serialında Nozomu Sasaki, ingilis anime serialında Devid Hurvitz səsləndirmişdir. Personaja həsr olunmuş plüş kuklalar və ekşen-fiqurka kimi əşyalar satışa buraxılmışdır. Mello personajı anime və manqa nəşrləri tərəfindən müxtəlif rəylər almışdır.