From Wikipedia, the free encyclopedia
Yaponlar (yap. 日本人 nihoncin/nipponzin) — Yaponiya[1][2][3][4][5] əhalisinin 98 % çoxunu təşkil edirlər. Yaponlar yapon dilində danışırlar.
Murasaki Şikibu • Oda Nobunaqa • Tokuqava İeyasu • Meyci • İto Hirobumi • Akiko Yosano • Hideki Yukava • Akihito | |||
Ümumi sayı | |||
---|---|---|---|
≈ 130 mln. | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ (Kaliforniya və Havay adaları), 1,5 milyonu Braziliya, 99 mini Kanadada yaşayır. Yaponlar Avropa, Asiya, Avstraliya və Amerika ölkələrində belə yaşayırlar.
Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışlar. Dövlətin keçmiş adı Yaponiya imperiyası ("Day Hippon" yap. 大日本) olmuşdur. Yapon dilindən hərfi mənası "Böyük Yaponiya" adlanır. Yaponların ilk qədim dövləti Yamatodur.
Yaponların ənənəvi yaşayış evləri şəbəkə ilə inşa edilən 1 və ya iki mərtəbəli evlər olmuşdur. Divarları cərcivələrlə örtülürdü. Üzərlərinə isə kağız və katon yapışdırılırdı. Döşəmə taxtadan ibarət olsa da, üzəri xüsusi materialla örtülürdü. Onlar yerə xalı və ya xalça salmırdılar. Stol, stul və ya kreslolar ancaq qonaq otağına qoyulurdu. Onların stulları nisbətən kiçik olurdu. Əsasən dizlərini qatlayaraq otururdular. Oturduqları yerə döşəkcə sərilirdi. Olar yatağda deyil döşəmədə xüsusi örtütün üzərində yatırlsr. Başlarının altına isə yastıq deyil kiçik taxta qoyurlar. Evlər şəkillrllə bəzədilir. Bu şəkillərdə təbiət görüntüləri və ya aforizm (məsəl) yazıları təsvir olunur. Bu tip evlər Kakemono adlanır. Yaponların seçilmiş incənət sahəsi klassik yapon qravür sənətidir. Yaponların milli geyimləri Kimano (yap. 着物)adlanır. Bu kişi və qadınların üst geyimləridir. Kəmər Obi adlanır. Ayaqlarına ağ corab geyinirlər. Bu corabların xüsusiyyəti baş barmaqları ayrı olur. Bu corablar Tabi adlanır. Yayda isə kimanonun yüngül variantı geyinilir və Yokata adlanır. İki növ ayaqqabı geyinilirdi: Cori-rezin və dəri, Heta-taxtadan. Hazırda bu geyimlər əsasən toylarda geyinilir.
Qadınların geyimləri kişilərin geyimlərindən qol biçimlərinə görə fərqlənir. Qol hissə həm də cib rolunu oynayır.
Yaponların qədim dəfn adətləri vardır. Hazırda isə Buddizm dəfn adətləri geniş yayılmışdır[6][7].
Ənənəvi olaraq düyü istehsalı ən başlıca yer tutur. Üstəlik yaponlar çay, tərəvəz və sitrus meyvələri əkirlər. Ən geniş yayılmış təsərrüfat sahəsi ipəkçilik və balıqçılıqdır. Yaponiya zəngin ehtiyatlara malik olmayan dövlət olmasına baxmayaraq xalqın birliyi, ümumi mənafe və yüksək təhsil sayəsində dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir. Xüsusi ilə İkinci Dünya müharibəsindən sonra inkişaf daha aydın sezilir. Onlar maşınqayırma və elektroenergetika və çihazqayırma sahəsində dünyada öz sözünü deyir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.