![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/22/MEGA_Chat_Screenshot_08-01-2017_anonymized.png/640px-MEGA_Chat_Screenshot_08-01-2017_anonymized.png&w=640&q=50)
Mega Drive
From Wikipedia, the free encyclopedia
MEGA (ing. MEGA Encrypted Global Access) – məlumatları qorumaq üçün şifrələmə alqoritmlərindən istifadə edən bulud hostinq servizidir. MEGA əvvəllər Megaupload-ı quran Yeni Zelandiyalı sahibkar Kim Dotcom tərəfindən təsis edilib. Kim Megaupload müəllif hüquqlarının pozulması ittihamı ilə ABŞ səlahiyyətliləri tərəfindən bağlandıqdan sonra yeni platformanı yaradıb.[1]AES alqoritmindən istifadə edərək brauzerdəki bütün məzmunu şifrələyir. MEGA interfeysində istifadəçilər faylları yükləyə və saxlaya, qovluqlar yarada, sənədlərə və media fayllarına baxa bilərlər. İstifadəçilər yüklənmiş faylları siyahı və ya nişanlar kimi görə bilər və həmçinin tələb olunan faylı tapmaq üçün axtarışdan istifadə edə bilərlər. Pulsuz hesablar üçün 20 GB-a qədər, qeydiyyatdan sonrakı ilk ay ərzində 50 GB-a qədər, ödənişli bulud yaddaş is – 400 GB-dan 16 TB-a qədərdir. Ödənişli xidmətlər üçün ödəniş PayPal, VISA, MasterCard və ya Bitcoin kriptovalyutasından istifadə edən resellerlər vasitəsilə həyata keçirilir. Pulsuz istifadəçilər üçün bir IP ünvanı üçün məlumat ötürmə limiti var: hər 6 saatdan bir 4 GB-a qədər. MEGA bulud yaddaşı təklif etməklə yanaşı, MEGAmail adlı e-poçt xidməti də təklif edir İstifadəçinin faylları bərpa imkanı olmadan istənilən vaxt administrasiya tərəfindən silinə bilər. Baş ofis Yeni Zellandiyada yerləşir.
Mega Drive | |
---|---|
![]() | |
![]() | |
Əməliyyat sistemi | Microsoft Windows, Android |
İnterfeysin dili | Afrikaans, Alban dili, ərəb dili, Bask dili, Bosniya dili, braziliya portuqal dili, Breton dili, bolqar dili, katalan dili, xorvat dili, çex dili, Danimarka dili, niderland dili, ingilis dili, Eston dili, fin dili, fransız dili, Qalisiya dili, gürcü dili, alman dili, ivrit dili, Hind dili, Macar dili, İndoneziya dili, italyan dili, yapon dili, koreya dili, Latış dili, Litva dili, Makedon dili, Malayziya Malaycası[d], Norveç dili, fars dili, polyak dili, portuqal dili, Rumın dili, rus dili, serbcə, sadələşdirilmiş Çin dili[d], Slovak dili, Sloven dili, ispan dili, isveç dili, Taqal dili, Tay dili, klassik Çin dili, türk dili, ukrayn dili, Vall dili |
Yayımlanma tarixi | yanvar 2013 |
Sonuncu versiya |
|
Sayt |
mega.io mega.io/zh-hant/ mega.io/zh-hans/ |
![]() |