From Wikipedia, the free encyclopedia
Maya Kassandra Soetoro-Ng ing. Maya Kassandra Soetoro-Ng[1] - 15 avqust 1970-ci ildə Cakartada (İndoneziya) anadan olub.[2]) ABŞ-nin 44-cü Przezidenti Barak Obamanın ana bir, ata ayrı bacısıdır. Əvvələr orta məktəbdə tarix müəllimi idi,[3] hal-hazırda Havay Universitetinin müəllimidir.
Maya Soetoro-Ng | |
---|---|
Maya Kassandra Soetoro | |
| |
Doğum tarixi | |
Doğum yeri | Cakarta, İndoneziya |
Uşaqları |
Suhaila Ng (2004) Savita Ng (2008) |
Atası | Lolo Soetoro |
Anası | Stanley Enn Dunham |
Təhsili |
Barnard College, Nyu-York Universiteti, Havay Universiteti |
Fəaliyyəti | müəllimə |
Vikianbarda əlaqəli mediafayllar |
Maya Sotero İndoneziyada yerli biznesmen Lolo Soetoro ilə amerikalı antropoloq Stanley Enn Dunhamin ailəsində anadan olub. Onun böyük qardaşı Barak Obama Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidentidir. O bildirir ki, ona ABŞ şairəsi Maya Anjelunun adı verilib .[4]
Maya və Barak bir neçə il birlikdə İndoneziyada və Havay adalarında yaşamış, sonradan anası Barakı Havay adalarında ata-anasının yanında qoyaraq Maya ilə birlikdə İndoneziyaya getmişdir.[3] 1980-ci ildə onun valideynləri ayrıldıqdan sonra atası ikinci dəfə ailə qurur. Onun o ailədən Yusuf Aci Soetoro (1981) adlı qardaşı və Rahayu Nurmaida Soetoro (1984) adlı ögey bacısı vardır.[5]
İndoneziyada o ilk əvvəl evdə anasından təhsil alır, sonra 1981-1984-cü illərdə Cakarta beynəlxalq məktəbinə gedir[6] Havaya qayıtdıqdan sonra Honoluludakı Punahou məktəbinə gedir[7] və oranı 1988-ci ildə bitirir.
O Nyu-Yorkdakı Barnard Kollecinin məzunudur. Həmçinin Nyu-York Universitetinin dil tədqiqatı və ingilis dili üzrə magistridir.[8] Havay Universitetinin beynəlxalq müqayisəli təhsil problemləri üzrə magistridir.[9]
Maya qardaşı Barak ilə dot münasibətlərindən çox danışır, baxmayaraq ki, bir müddət bir-birindən uzaq yaşayıblar. Onların Havayda yeni il bayramını ailələri ilə birgə keçirməyi xoşladıqlarını qeyd edir.[3]
Maya anası və qızı Suheyladan həvəsləndiyi və 2011-ci ildə çap etdirdiyi Aya pilləkan kitabının müəllifidir.[10][11] O həmçinin bildirib ki, ali məktəblərdə münaqişələrin qarşısının alınması yollarından bəhs edən kitab üzərində işləyir.[3]
O əvvəlcə Havaydakı qızlar məktəbində və məktəb laboratoriyasında tarix müəllimi işləyir. Həmçinin Havay Universitetinin axşam çöbəsində təhsilini davam etdirir.[12] Ondan əvvəl isə 1996-2000-ci illərdə Nyu0York məktəblərinin birində tədris layihəsində iştirak edir.[13]
2009-cu ildə Soetoro-Ng anasının disertasiyası əsasında Hər şeyə baxmayaraq yaşamaq:İndoneziyada sənaye kəndi adlı kitab çapına kömək edir. Ona ön söz yazır və Amerika Antropoloji Assosiasiyasının illik yığıncağında onun təqdimatını keçirir.[14] Son dövrə qədər o Şərq-Qərb təhsili problemləri üzrə mütəxəssis və Havay Universitetinin dosenti idi .
Soerto-Ngnin Havay Universitetində doktorluq tədqiqat mövzusu dərs dediyi İndoneziya beynəlxalq məktəbi ilə Nyu-York məktəblərinin tədris sistemlərinin müqayisəsidir. O dissertasiyasında hər iki məktəbin müəllim və tələbələrinin sorğusunu keçirərək keyfiyyət fərqini tapamağa çalışır.
2007-ci ilin may ayında Maya qardaşının seçki kampaniyasında iştirak edəcəyini bəyan edir[15][16] və bunun üçün iki aylıq məzuniyyət götürür.[17] Maya Soetoro-Ng 2008-ci ildə ABŞ Demokrat Partiyasının qurultayında çıxış edir [18] və orada qardaşının həyatı barədə məlumat verir və partiya fəaliyyətinə Asiya-Amerika gücü də gətirir.[19]
2003-cü ildə [20] Maya Ontarioda yaşyan çin əsilli kanadalıya ərə gedir (吴加儒).[21] Onun əri hal-hazırda ABŞ vətəndaşıdır ,[22] Havay Universitetinin Kreativ Media Akademiyasının dosentidir.[23] Onların iki qızı var: Suheyla [23] və Savita. Əri Konrad-Ng Smitson İnstitutunun Asiya proqramında 2009-cu ilin ən yaxşı alimi elan edilib.[3]
Soetoro-Ng özünü "fəlsəfi buddist" adlandırır."[17] Maya indoneziya,[24] ispan[25] və ingilis dilində sərbəst danışır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.