Masatoşi İto (伊藤 雅俊, İto Masatoşi?, 30 aprel 1924, Tokio10 mart 2023[1])Yaponiya biznesmeni. ABŞ-nin "7-Eleven" mağazalar şəbəkəsini Yaponiyada tanıtmış və bir çox filialını açdıraraq Yaponiyada öz pərakəndə satış imperiyasını qurmuşdur. "Seven & I" pərakəndə satış şirkətinin qurucusudur.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Masatoşi İto
yap. 伊藤 雅俊
Doğum tarixi 30 aprel 1924(1924-04-30)
Doğum yeri
Vəfat tarixi 10 mart 2023(2023-03-10)[1] (98 yaşında)
Fəaliyyəti sahibkar, iş adamı
Bağla

İlk illəri

Masatoşi İto 30 aprel 1924-cü ildə Yaponiyanın Tokio şəhərində Senzo və Yuki İto cütlüyünün ailəsində doğulmuşdur. Ailəsi "Yokado" adlı quru mallar dükkanı işlədirdi. 1944-cü ildə liseydən məzun olduqdan sonra qısa müddət Yaponiya ordusunda xidmət göstərmişdir. Daha sonra "Yokado"ya qoşulmuş, 1956-cı ildə böyük qardaşının ölümündən sonra mağazanın sahibi olmuşdur.[2]

Karyerası

Thumb
"Ito-Yokado" şirkətinin loqosu.

1958-ci ildə "Ito-Yokado" mağazalar şəbəkəsini qurmuşdur. 1961-ci ildə ABŞ-yə səyahət etmiş və Amerikanın istehlak mədəniyyətindən təsirlənmişdir. ABŞ-yə mütəmadi ziyarətlər etməyə davam etmişdir. Bu müddət ərzində "Ito-Yokado" Yaponiyanın qabaqcıl pərakəndə satış şirkətlərindən birinə çevrilmişdir. 1973-cü ildə ABŞ-nin "7-Eleven" mağazalar şəbəkəsini Yaponiyaya gətirməyə qərar vermişdir. İlk filial 1974-cü ildə Tokionun Toyosu bölgəsində açılmışdır. Tezliklə Yaponiyanın müxtəlif yerlərində yeni filialların açılışı baş tutmuş, Yaponiyanın pərakəndə satış dünyasında və istehlak mədəniyyətində böyük inqilaba səbəb olmuşdur. Mağazalar şəbəkəsinin 1978-ci ildə təqdim etdiyi hazır düyü küftələri ölkənin fastfud mədəniyyətinin populyar təamlarından birinə çevrilmişdir.[2]

İtonun başçılığı altında "7-Eleven Japan" sürətlə böyüyərək əsas şirkəti belə qabaqlamışdır. 1991-ci ildə "Ito-Yokado" ABŞ şirkətinin qiymətli kağızlarının bir hissəsini satın alaraq onu Yaponiya şirkətinə çevirmişdir. Lakin şirkət bir neçə icraçı direktorunun yakuzalara pul ödəməsi barədə olan ittihamlardan sonra 1992-ci ildə istefa vermişdir. 2005-ci ildə qurduğu "Seven & I" şirkətinin fəxri sədri seçilmiş, şirkətin əməliyyatlarında vacib rol oynamağa davam etmişdir. 10 mart 2023-cü ildə ölmüşdür.[2]

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.