From Wikipedia, the free encyclopedia
Marketinq – bir şirkətin xidmət və ya malın alqı-satqısını təşviq etmək üçün həyata keçirdiyi fəaliyyətlər cəmidir.[1]
Marketinq – ingilis dilində “market” sözündən götürülüb, bazar mənasını verir. Azərbaycan dilinə hərfi tərcüməsi “bazarda fəaliyyət”dir. Fərdi və ya təşkilati məqsədlərə çatmağa istiqamətli mal, xidmət, fikir və ya hadisələrlə əlaqədar alış-verişi təmin məqsədilə məhsula, paylamağa, qiymətə və saxlamağa bağlı fəaliyyətlərin planlaşdırılması, həyata keçirilməsi və nəzarət müddətidir.
Marketinq – mübadilə fəaliyyətini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətdir. Mübadilə prosesini effektiv həyata keçirmək üçün istehlakçıların təlabatlarının müəyyən edilməsi bu təlabatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilməsi, satışdan əvvəl və satışdan sonrakı xidmətin təşkili reklam fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilməlidir.
Başqa sözlə, bu, buraxılan məhsulun satışı üçün əlverişli şərait yaratmaq, onun keyfiyyətini, çeşidini və istehsal həcmini istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədilə bazar şəraitinin təhlili və proqnozlaşdırılmasıdır. Marketinqin fəlsəfəsi çox sadədir: “elə məhsul istehsal et ki, onun satışı təmin edilmiş olsun”. Yalnız belə olduqda, müəssisə bazarda özünə möhkəm yer tuta bilər və onun gəliri də yüksək olar.
Bəzi mütəxəssislərin fikrincə, marketinq müasir müəssisələrdə, firmalarda əmtəələrin təkrar istehsalı prosesində fəaliyyətin təşkili sistemidir. Bir zaman təsərrüfat fəaliyyəti üzrə olan qərarların əsasını bazarın tələbləri, alıcıların real ehtiyacları, onların əmtəələrə və xidmətlərə olan tələbatı, həmin müəssisələrin, firmaların istehsal-satış imkanları təşkil edir.
Marketinq sahəsində aparıcı mütəxəsislərdən hesab edilən P. Drükerin fikrincə: “Marketinqin məqsədi, satış üzrə qüvvə sərfini lüzumsuz etməkdir. Onun məqsədi, müştərini elə dərk etmək və başa düşməkdir ki, əmtəə və ya xidmət sonuncuya tamamilə münasib olsun, yəni məhsulu özü-özünü satsın”.
Marketinq XX əsrin əvvəllərində Amerika Birləşmiş Ştatlarında meydana gəlmiş, məhsulların satışında olan problemlərlə əlaqədar olaraq son beşilliklərdə bir çox inkişaf etmiş kapitalist ölkələrində geniş yayılmışdır. Bu üsulun tətbiqinin son məqsədi firmaların maksimum gəlirlərini təmin etməkdir. Marketinqin tətbiqi tələbatın və qiymətin intensiv öyrənilməsi və satışının təşkili, reklamdan geniş istifadə edilməsini, istehsalın həvəsləndirilməsini, malların saxlanılması və daşınması proseslərinə müasir və mütərəqqi üsulların geniş tətbiqini, istehlakçılara texniki və digər xidmət növlərinin göstərilməsini və s. həyata keçirməyi nəzərdə tutur.
Marketinq mürəkkəb və dinamik sistem olub müəssisə (firma, şirkət və s.) fəaliyyətinin idarə olunmasını, bazara istiqamətləndirilməsini təmin edir. O, təşkilati-texniki, iqtisadi, sosial və s. sahələri özündə birləşdirən idarəetmənin aparıcı və həlledici funksiyasıdır.
[Marketinq] uyğun məhsulun, uyğun yerdə, uyğun miqdarda və uyğun qiymətə alıcıya çatdırılması üçün aparılan insan fəaliyyətidir və biznesdə uğurun əsas şərtidir.
Ümumilikdə bir çox xarici ölkə iqtisadçılarının fikrincə marketinq sözünün açıqlanması üçün müasir dövrdə 2000-dən çox tərif verilmişdir. Bu təriflərin hər biri bu və ya digər formada marketinqin mahiyətinin açıqlanmasına yönəlmişdir. Bütün bunlar bir daha sübüt edir ki, marketinq iqtisadi kateqoriya kimi təsərüfat fəaliyyətinə elə böyük təsir dairəsinə malikdir ki, onun bütün elementlərini bir tərifdə cəmləmək çox çətindir. Marketinqə səlis tərif vermək üçün ilk növbədə ona hansı prizmada baxıldığını təyin etmək lazımdır.
Hal hazırda I qrup mütəxəsislər hesab edirlər ki, marketinq dedikdə: “müəssisənin fəaliyyətində bazarla əlaqəli bütün qərarların bir-başa olaraq istehlakçıların tələb və istəklərinə uyğun təşkil edilməsi başa düşülməlidir” (marketinq – idarəetmə kimi)
II qrup marketoloqlor hesab edilərlər ki: “marketinq bazarda xüsusi tədbirlər vasitəsilə müəssisənin istehsal etdiyi məhsul və xidmətlərin rəqabət qabiliyyətini artırmaq üçün aparılan tədbirlər məcmusudur” (marketinq – vasitə kimi)
III qrup belə hesab edir ki, “marketinq müəssisənin təsərüfat fəaliyyətində düzgün qərarların verilməsi üçün sistematik tədqiqat prosesinin aparılmasıdır” (marketinq – metod kimi) Sadalanan təriflərlə qismən razılaşsaqda hesab edirik marketinq məfhumunu bütün elementləri bu təriflərdə öz əksini tapmırlar.
Fikrimizcə, marketinq – cəmiyyətin təlabatlarını ödəmək vasitəsilə mənfəət qazanmaq üçün istehsal və satış (mübadilə) prosesinin kompleks təşkilidir. Bu tərif marketinq fəaliyyətinin əsas istiqaməti olan, firmanın istehsal və satış prosesinin bazarda baş verən proseslərə uyğun təşkil edilməsinin vacibliyini özündə əks etdirir. Başqa sözlə desək marketinq müəssisənin daxili mühitinin bazar təlabatlarına uyğunlaşdırılması prosesidir.
Marketinqin planlaşdırılması dedikdə məhsullar səviyyəsində planlaşdırma başa düşülür və bu planların yerinə yetirilmə müddəti bir ilə qədər olur.. H.Armstronq və F.Kotler marketinq planının aşağıdakı bölmələrini qeyd edirlər:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.