From Wikipedia, the free encyclopedia
Məxməri göyrüş (lat. Fraxinus velutina) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.
Məxməri göyrüş | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Oleeae Yarımtriba: Fraxininae Cins: Növ: Məxməri göyrüş |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Şimali Amerikadır. Arizona, Yeni Meksika və Kaliforniyada yayılmışdır.
Hündürlüyü 15 m-ə çatan ağacdır. Düz nazik gövdəli, qabığı boz rənglidir. Məxməri yarpaqlarının uzunluğu 15 sm, 3-5 ədəd ellipsvari və ya dairəvi yarpaqcıqdan ibarət, uzunluğu 2-4 sm, itiuclu, kənarı dişli, üst səthi qabarıqdır. Çiçəkləri budaqların ucunda hamaş çiçək qrupuna yığılmışdır. Meyvəsi qanadlı, 1,8 sm uzunluqdadır. Toxumla çoxaldılır.
Şaxtaya və quraqlığa davamlıdır. Abşeron şəraitində çiçəkləməsi və meyvə verməsi müşahidə edilməmişdir.
Böyük və Kiçik Qafqazda rast gəlinir.
Oduncağından elastikliyinə və möhkəmliyinə görə ağır və elastik döyüş silahı, ov alətləri hazırlanması üçün istifadə edilir. Qədimdə göyrüşdən düzəldilmiş qablar çox məşhur idi. Yaşıllaşdırmada, canlı cəpərlərin salınmasında istifadəsi məqsədəuyğundur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.