From Wikipedia, the free encyclopedia
Müqəddəs Roma imperiyası (lat. Sacrum Imperium Romanum; alm. Heiliges Römisches Reich) — əsası 962-ci ildə Almaniya imperatoru I Otto tərəfindən qoyulmuş və 1806-cı ilə qədər mövcud olmuş imperiya. Bu imperiya erkən orta əsrlər ərzində inkişaf etməyə başlamış və 1806-cı ildə Napoleon müharibələri dövründə süquta uğramasına qədər Qərbi və Mərkəzi Avropa regionlarında mövcud olmuş çoxmillətli imperiya idi.[1] 962-ci ildən sonra imperiyanın ən böyük ərazisi Almaniya krallığı hesab olunsa da, bu imperiyanın ərazisinə Bohemiya krallığı, Burqundiya krallığı, İtaliya krallığı və bir çox başqa ərazilər də daxil idi.[2][3][4]
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İmperiya | |||||
Müqəddəs Roma imperiyası | |||||
---|---|---|---|---|---|
lat. Sacrum Imperium Romanum alm. Heiliges Römisches Reich | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Aahen, Roma, Frankfurt, Praqa, Vyana | ||||
Dilləri | latın dili, alman dili, italyan dili, çex dili, fransız dili, Sloven dili | ||||
Rəsmi dilləri | Latın, Alman, İtalyan, Macar, Slavyan | ||||
Dövlət dini | Roma-Katolik kilsəsi, lüteranlıq, Kalvinizm, katolisizm | ||||
Valyuta | Dukat | ||||
Əhalisi |
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
25 dekabr 800-cü ildə Papa III Leonun Frank kralı Böyük Karlı imperator təyin etməsi ilə birlikdə 476-cı ildə qədim Qərbi Roma İmperiyasının süqutundan üç əsr sonra bu titul yenidən Qərbi Avropada canlandırıldı. Titul 888-ci ilə qədər, həmçinin 896-cı ildən 899-cu ilə qədər Karolinqlər sülaləsində qaldı. Həmin tarixdən etibarən İtaliya idarəçiləri bu titul uğrunda vətəndaş müharibəsinə daxil oldu və sonuncu italyan iddiaçı I Berenqarın 924-cü ildə ölümünə qədər bu mübarizə davam etdi. 962-ci ildə özünü Böyük Karlın davamçısı hesab edən I Ottonun imperator təyin edilməsi nəticəsində "imperator" titulu yenidən canlandı və imperiyanın mövcudiyyətini qoruduğu növbəti səkkiz əsr boyunca davam etdi.[5][6][7][8] Bəzi tarixçilər Böyük Karlın tacqoyma tarixini imperiyanın başlanğıcı kimi qəbul etsə də,[9][10] başqa tarixçilər I Ottonun hakimiyyətə gəlməsini başlanğıc qəbul edir.[11][12]
Müqəddəs Roma imperatoru ənənəvi olaraq səsvermə ilə seçilsə də, tez-tez imperiyaya daxil olan sülalələrin nəzarəti altında seçilirdi. Adətən imperiyanın ən yüksəkrütbəli zadəganları olan alman şahzadələrindən biri "Romalıların kralı" seçilirdi və həmin seçilmiş şəxs sonradan Papa tərəfindən imperator təyin olunurdu. Papa tərəfindən tacqoyma mərasimi XVI əsrə qədər davam etmişdir.
İmperiya Fransanın qərbində formalaşmış siyasi birləşmə səviyyəsinə heç vaxt çatmadı, bunun əvəzində yüzlərlə alt bölmədən ibarət olan mərkəzləşdirilməmiş, məhdud seçkili monarxiyaya çevrilmişdir: krallıqlar, knyazlıqlar, hersoqluqlar, qraflıqlar, knyaz-yepiskoplar, azad imperial şəhərlər və malikənələr.[4][13] İmperatorun səlahiyyətləri məhdud idi. İmperiyanın daxilindəki müxtəlif hökmdarlar, lordlar, yepiskoplar və şəhərlər imperatorun vassalı hesab olunsa da, onlara öz ərazilərində de-fakto müstəqillik imtiyazı verilmişdi. 6 avqust 1806-cı ildə imperator II Fransın imperiyanı ləğv etməsindən bir ay sonra imperator Napoleon Bonapart tərəfindən Reyn Konfederasiyasının əsası qoyulmuşdur.
Bu imperiya 1157-ci ildən əvvəl sadəcə Roma İmperiyası adlanırdı.[14] "Müqəddəs" termini ilk dəfə 1157-ci ilin başlanğıcında imperator I Fridrix Barbarossanın hakimiyyəti illərində istifadə olunmuşdur. Həmin terminin istifadə olunmasındakı əsas məqsəd imperator Fridrixin İtaliya və Papalıq ərazilərinə də hökmranlıq etmək istəyindən yaranmışdır.[15] "Müqəddəs Roma İmperiyası" adı 1254-cü ildən etibarən təsdiqlənmişdir.[16]
1512-ci ildə Köln reyxstaqının qəbul etdiyi qərara əsasən imperiyanın adı "Alman xalqının Müqəddəs Roma İmperiyası" (alm. Heiliges Römisches Reich Deutscher Nation, lat. Sacrum Imperium Romanum Nationis Germanicæ) formasını almışdır.[17] İmperiyanın adının bu formasından ilk dəfə 1474-cü ilə aid sənədlərdə istifadə olunmuşdur. Bu yeni titul qəbul edildikdə imperiya artıq İtaliya və Burqundiya ərazilərinin çox hissəsini itirmişdi.[18] 18-ci əsrin sonlarından etibarən "Alman xalqının Müqəddəs Roma İmperiyası" termini rəsmi şəkildə istifadə olunmurdu. Bundan başqa, bu məsələ ilə əlaqədar olaraq ənənəvi görüşə qarşı çıxan Herman Veyzert bir çox dərs kitabının iddialarına baxmayaraq, "Alman xalqının Müqəddəs Roma İmperiyası" adının heç vaxt rəsmi statusua sahib olmadığını bildirirdi.[19] Bu və ya daha qısa formada "Alman xalqının Roma İmperiyası" adı tez-tez Almaniyada Müqəddəs Roma İmperiyasına istinadən istifadə olunurdu.
Məşhur ad qiymətləndirməsində fransız siyasi filosofu Volter (1694–1778) sardonik şəkildə belə deyirdi: "Özünə Müqəddəs Roma İmperiyası adını verən və hələ də bu cür adlandırılan bu qurum heç bir şəkildə nə müqəddəs, nə Roma, nə də imperiya deyildi."[20]
Frank işğalları və xristianlığın yayılması Almaniyada feodal münasibətlərinin formalaşmasını sürətləndirdi. Frank imperiyasının süqutu ilə Almaniya ərazisində alman vilayətlərinin bir dövlət halında birləşməsinin təməli qoyuldu. İlk vaxtlar bu dövlət dörd tayfa hersoqluğu — Saksoniya, Frankoniya, Prussiya və Bavariya daxil olmaqla, Reyn, Elba çayları və Alp dağları arasındakı əraziləri əhatə edirdi. İlkin alman feodal dövlətini səciyyələndirən mühüm amillərdən biri iri feodal mülklərinin sürətlə artması idi. Bunun nəticəsində kəndlilərin feodallardan asılı vəziyyətə düşməsi prosesi sürətlə gedirdi. Bir sıra Qərbi Avropa ölkələrindən fərqli olaraq, Almaniya bu dövrdə vahid dövlət idi. Bu dövlətin yaranmasında macarların və normanların hücumlarının dəf edilməsi xeyli rol oynadı. Artıq X əsrin ortaları və XI əsrin əvvəllərindən alman feodal dövləti özü işğalçılıq siyasətinə başladı. Şərqdə almanların əsas işğal obyekti Lababoyu Slavyanlarının torpaqları oldu. 951-ci ildə Almaniya kralı I Otto (936–973) Şimali İtalyanı ələ keçirdi. O, 962-ci ildə Romanı işğal edib, özünü Roma imperatoru elan etdi. Bu vaxtdan etibarən təkcə Şimali və Mərkəzi İtaliya deyil, Roma papaları da Almaniya imperatorundan asılı vəziyyətə düşdülər. Sonralar bu dövləti Müqəddəs Roma imperiyası adlandırmağa başladılar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.