![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b6/L%25C9%2599kit_dair%25C9%2599vi_kils%25C9%2599si_xarabal%25C4%25B1qlar%25C4%25B1n%25C4%25B1n_giri%25C5%259F_qap%25C4%25B1s%25C4%25B1_t%25C9%2599r%25C9%2599find%25C9%2599n_%25C3%25BCmumi_g%25C3%25B6r%25C3%25BCn%25C3%25BC%25C5%259F%25C3%25BC.jpg/640px-L%25C9%2599kit_dair%25C9%2599vi_kils%25C9%2599si_xarabal%25C4%25B1qlar%25C4%25B1n%25C4%25B1n_giri%25C5%259F_qap%25C4%25B1s%25C4%25B1_t%25C9%2599r%25C9%2599find%25C9%2599n_%25C3%25BCmumi_g%25C3%25B6r%25C3%25BCn%25C3%25BC%25C5%259F%25C3%25BC.jpg&w=640&q=50)
Ləkit məbədi
Qax rayonunun Ləkit kəndində yerləşən qədim alban məbədi. / From Wikipedia, the free encyclopedia
Ləkit məbədi — Qax rayonunun Ləkit kəndinin 1 km uzaqlığında yerləşən qədim alban məbədi. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir.
Cəld faktlar Ölkə, Şəhər ...
Ləkit məbədi | |
---|---|
![]() | |
![]() | |
41°28′42″ şm. e. 46°50′59″ ş. u. | |
Ölkə |
![]() |
Şəhər | Qax |
Yerləşir | Ləkit |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | IV-VI əsrlər |
Üslubu | Qafqaz Albaniyasının memarlığı |
İstinad nöm. | 8 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
![]() |
|
![]() |
Bağla
Məbədin dairəvi divarları xaricdən pilyastrlar vasitəsilə 28 hissəyə bölünür. Ləkit kilsəsində daxili məkanın təşkili də xüsusi diqqət cəlb edir. Bu pilonlar günbəz və barabanı saxlamaqla yanaşı, həm də tetrakonxun Hər eksedrası üç sütun vasitəsiylə formalaşdırılmış künclərini vurğulayır. Bu sütunlar kvadrat formalı özüllər (interkolumni 120 sm) üzərində durmaqla hər biri bir metr diametrə malik olmuşdur.