![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/04/Alban_H%25C9%2599vari_Kils%25C9%2599sinin_m%25C9%2599rk%25C9%2599zl%25C9%2599ri_v%25C9%2599_yepiskopluqlar%25C4%25B1.png/640px-Alban_H%25C9%2599vari_Kils%25C9%2599sinin_m%25C9%2599rk%25C9%2599zl%25C9%2599ri_v%25C9%2599_yepiskopluqlar%25C4%25B1.png&w=640&q=50)
Alban Həvari kilsəsi
From Wikipedia, the free encyclopedia
Alban Həvvari Kilsəsi, Alban Kilsəsi və ya sadəcə Alban Katolikosluğu — Qafqaz Albaniyasında mövcud olan kilsə. İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-Qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilir. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban Udi xristian icmasını qeydiyyata alır.[1] Azərbaycanın maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılır. 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunur, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri — Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa edilərək icmanın istifadəsinə verilir.[1]
Bu məqaləni vikiləşdirmək lazımdır. |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/04/Alban_H%C9%99vari_Kils%C9%99sinin_m%C9%99rk%C9%99zl%C9%99ri_v%C9%99_yepiskopluqlar%C4%B1.png/640px-Alban_H%C9%99vari_Kils%C9%99sinin_m%C9%99rk%C9%99zl%C9%99ri_v%C9%99_yepiskopluqlar%C4%B1.png)