From Wikipedia, the free encyclopedia
Luiz Riyel (ing. Louis Riel; 22 oktyabr 1844[1], Sen-Bonifas[d], Qırmızı Çay koloniyası[d], Britaniya imperiyası[2] – 16 noyabr 1885[3][4][…], Recayna[d], Şimal-Qərb Əraziləri) — fransız-çipevayan əsilli kanadalı siyasətçi və dövlət xadimi. Manitoba əyalətinin qurucusu və metis xalqının siyasi lideri. O, Kanada hökumətinə və onun ilk baş naziri Con Aleksandr Makdonalda qarşı iki müqavimət hərəkatına rəhbərlik edib. Şimal-Qərb Əraziləri tədricən Kanadanın təsir dairəsi altına keçdiyi üçün Riyel yerli xalqların və xüsusi ilə metislərin hüquqlarını və kimliklərini müdafiə etməyə çalışırdı.
Luiz Riyel | |
---|---|
fr. Louis Riel | |
Doğum tarixi | |
Doğum yeri | Vinnipeq, Qırmızı Çay koloniyası |
Vəfat tarixi | (41 yaşında) |
Vəfat yeri | Recayna, Saskaçevan |
Vəfat səbəbi | edam edilib |
Milliyyəti | fransız-çipevayan |
Dini | Roma-Katolik Kilsəsi |
Fəaliyyəti | siyasətçi |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Riyelin rəhbərlik etdiyi ilk müqavimət hərəkatı 1869–1870-ci illərdə baş vermiş Qırmızı Çay Müqaviməti idi. Onun tərəfindən yaradılmış müvəqqəti hökumət sonradan yerini Manitoba əyalətinə buraxmış və ərazilərin bərabər hüquqlu bir əyalət kimi Kanada Konfederasiyasına daxil olmasını şərtləndirmişdir. Bu baxımdan Riyel eyni zamanda Manitoba əyalətinin qurucu atalarından biri və ən önəmlisi hesab olunur.
1870-ci ildə müvəqqəti hökumət rəhbərlik etdiyi zaman Tomas Skot adlı kanadalı millətçini edam etdirmiş və bu qərar ölkə boyu geniş rezonans doğurmuşdur. Kanada daxilində axtarıldığı üçün ABŞ-yə qaçmış və bir müddət orada gizlənmişdir. Üç dəfə icmalar palatasının üzvü seçilsə də, həbs olunacağını bildiyi üçün Kanadaya qayıda bilməmiş və seçildiyi ərazini təmsil edə bilməyib. 1881-ci ildə Montanada olduğu zaman Marqaret Monet adlı fransız əsilli qadınla evlənmişdir.
Riyel sürgün illərində özünün Allah tərəfindən seçilmiş rəhbər və xilaskar bir peyğəmbər olmasına fikrinə inandırmışdı və ailə həyatı qurduğu ildən etibarən bütün həyatını metis xalqının azadlığı və hüquqlarının müdafiəsi uğrundakı işə səfərbər edəcəyinə söz vermişdir.
1884-cü ildə Riyel Saskaçevandakı metis liderləri tərəfindən Kanada hökuməti ilə uzun müddətdir ki, davam edən narazılıqları həll etmək üçün ölkəyə çağrılmış və onun Kanadaya qayıtması 1885-ci ildə Şimal-Qərb üsyanına səbəb olmuşdur. Batoçe adlı döyüşdə məğlub olduqdan sonra həbs edilmiş və Recayna şəhərində dövlətə xəyanət ittihamı ilə mühakimə edilmişdir.
Etirazlara, xalqın müraciətlərinə və münsiflər heyətinin əfv çağırışına baxmayaraq, Luiz Riyel 1885-ci ilin 16 noyabr tarixində asılaraq edam edilib. Edam edilməsindən sonra Riyel fransız kanadalılar tərəfindən milli qəhrəman olaraq qəbul edilmişdir. Siyasi liderin ölümü Kanadadakı etnik-dini zəmindəki qütbləşməni dərinləşdirmiş və metislər getdikcə ingilislərin üstünlük təşkil etdikləri Piryer əyalətində (Alberta, Saskaçevan və Manitoba əyaləti — Piryer əyalətləri olaraq adlandırılır) marjinallaşdırılmışdır.
Frankafonların Kanadada hiss etdikləri kəskin yadlaşdırma və öz həmyerliləri tərəfindən məruz qaldıqları repressiyaya qarşı qəzəb bu prosesin uzunmüddətli təsir mexanizmi idi.[5] Riyelin tarixi reputasiyası uzun müddətdir Kanada xalqına qarşı çıxan təhlükəli bir dini fanatik və üsyançı kimi təsvirlər arasında qütbləşmişdir.
Tarixən gah metis xalqının hüquqlarını müdafiə edən xarizmatik lider, gah da Kanadanın ərazi bütövlüyünə qarşı müqavimət hərəkatının lideri kimi təsvir edilmişdir. Tarixi şəxsiyyət kimi XX əsrdən etibarən Kanadada irsi öyrənilmiş və təbliğ edilmişdir. 2016-cı ildən etibarən Luiz Riyelin həyatı və fəaliyyəti haqqındakı suallar Kanada vətəndaşlığını əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulmuş Kanada vətəndaşlıq testinə salınmışdır.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.