Lui Aleksandr Bertye
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Lui Aleksandr Bertye (fr. Louis-Alexandre Berthier; 20 fevral 1753 — 1 iyun 1815) — Fransa marşalı (1804), Napoleon Fransasının vitse-konnetablı (1807), I Nevşatel knyazı, I Valanjen hersoqu (1805-dən) və I Vaqram knyazı (1809-dan). 1799-1807-ci illərdə hərbi nazir və eyni zamanda 1799-1814-cü illərdə I Napoleonun qərargah rəisi.
Lui Aleksandr Bertye | |
---|---|
fr. Louis-Alexandre Berthier | |
Şəxsi məlumatlar | |
Ləqəbi | "İmperatorun xanımı" |
Doğum tarixi | |
Doğum yeri | Versal, Fransa |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Bamberq, Bavariya |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Fransa |
Qoşun növü | Fransa Silahlı Qüvvələri |
Xidmət illəri | 1764—1815 |
Rütbəsi | Diviziya generalı |
Döyüşlər | |
Təltifləri |
Fransa marşalı, Fəxri Legion ordeni (Böyük Xaç), Müqəddəs Lüdovik ordeni (Komandor), Zəfər tağının altında adı yazılıb |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr 20 fevral 1753-cü ildə Versalda Topoqrafiya Mühəndis Korpusunun polkovnik-leytenantı Jan Batist Bertyenin (1721 – 1804) və Mariya Fransuaza l'Hulye de la Serin ailəsində dünyaya gəlmişdir. Beş uşaqdan böyüyü olan Lui Aleksandrın üç qardaşı Fransa ordusunda xidmət etmiş və onlardan ikisi Napoleon müharibələri dövründə general rütbəsinədək yüksəlmişdi.
17 yaşında orduya qəbul olunmuş və qərargahda xidmət etmişdir. 1780-ci ildə general Roşambo ilə birlikdə Şimali Amerikaya yollanmış və ABŞ İstiqlal müharibəsində Böyük Britaniyaya qarşı döyüşlərdə iştirak etmişdir. Qayıtdıqdan sonra polkovnik rütbəsində müxtəlif qərargah vəzifələrində və Prussiyadakı hərbi nümayəndəlikdə çalışmışdır. Fransa inqilabı dövründə Versal Milli Qvardiyasının qərargah rəisi vəzifəsində kral XVI Lüdovikin bacılarını əhalinin zorakılığından mühafizə etmiş və onların qaçmasına yardım etmişdir (1791).
1792-ci il müharibəsində o birdən-birə Marşal Lüknerin qərargah rəisi təyin edildi və Dümurye və Kellermanın Arqon əməliyyatında əhəmiyyətli rol oynadı. 1793-1795-ci illər Vandeya üsyanında o yüksək etibarlılıq nümayiş etdirdi və növbəti ildə diviziya generalı və Napoleon Bonapartın yenicə komandanlığı ələ aldığı İtaliya ordusuna qərargah rəisi (general-mayor) təyin edildi. Onun işləmək həvəsi, diqqətcilliyi və cəld qavrama bacarığı, uzunmüddətli təcrübəsi və əmrlərin icrasındakı ustalığı onu ideal qərargah rəisi edirdi və buna görə də o karyerası boyunca Napoleonun ən çox dəyər verdiyi köməkçisi idi.
1798-ci ildə o, Napoleonun göstərişi ilə Vatikanı ələ keçirərək burada Roma respublikasını qurdu və fevralın 20-də Papa VI Piyi həbs edərək Valansaya qayıtdı. Bir il sonra Papa burada vəfat etdi.
Bundan sonra Bertye Napoleonun Misir səfərinə qoşuldu və Napoleonun qayıdışınadək orada qaldı. O, 1799-cu il 18 brümer çevrilişində iştirak etmiş və bir müddət Fransanın Hərb naziri vəzifəsini daşımışdı.
Bertye heç də yüksək komandanlıq qabiliyyətinə malik deyildi. 1809-cu ildə onun müvəqqəti olaraq Fransa ordusuna rəhbərlik etdiyi dövrdə fransızlar Bavariyada bir neçə dəfə uğursuzluqla üzləşmişdilər. Napoleon Bonapartın istedadı qarşısında Bertyenin xidmətləri kölgədə qalırdı, lakin o çox yüksək təşkilatçılıq qabiliyyətinə və imperatorun göstərişlərini dərhal anlamaq və xırdalığınadək icra etmək bacarığına sahib idi.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.