Remove ads
From Wikipedia, the free encyclopedia
İrinéus (yun: Εἰρηναῖος) (təq. 130[1][2][…], İzmir – təq. 202[1][2][…], Lion) – ilk kilsə atalarından, ilahiyyatçılarından və apologetlərindən biri. Onun əsərlərinin xristian ilahiyyatının formalaşmasına böyük təsiri olmuşdur. Rəvayətlərə görə o erkən Xristianlığın məşhur nümayəndəsi, Həvari Yuhənnanın tələbəsi Polikarpdan dərs almışdır[3].
İrineus | |
---|---|
yun. Εἰρηναῖος | |
Doğum tarixi | Təqr. 140 |
Doğum yeri | Smirna |
Vəfat tarixi | Təqr. 202 |
Vəfat yeri | Lion |
Vətəndaşlığı | Roma İmperiyası |
Elm sahələri | fəlsəfə, ilahiyyat, apologetika |
Tanınır | Roma-Katolik Kilsəsinin müqəddəsi və şəhidi, Kilsə Atası, apologet, ilahiyyatçı |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
İrineus II yüzilliyin birinci yarısında doğulmuşdur. Onun dəqiq anadan olma tarixi bilinmir, 115-125-ci illər arasıdır. Doğum yeri kimi də Smirna (İzmir) şəhəri ehtimal olunur. Bir çox başqa xristian xadimlərindən fərqli olaraq o xristian ailəsində tərbiyə almış, bu dini sonradan qəbul etməmişdir.
İmperator Mark Avreliusun (161–180) dövründə İrineus Lion şəhərində keşiş idi. Bu şəhərin xristian ruhaniləri onu 177 ildə Romaya papa Elefveriusun yanına bir məktubla yolladılar. O məktubda montanizm küfrünün yayılması haqqında məlumat verilirdi. Elə o zaman xristianlara qarşı təqiblər başalmışdı. Liona qayıdandan sonra İrineus o təqiblər zamanı həlak olmuş yepiskop Pofin'in yerinə Lionun yepiskopu seçildi[4].
Bu vəzifədə o həm də aktiv missionerlik fəaliyyəti ilə də məşğul idi. Elə o zaman da o əsasən qnostisizmə qarşı öz apologetik əsərlərini də yazmışdır. Onların ən tanınmışı Adversus haereses (Hereslərə qarşı) kitabıdır. Bu kitabda o qnostik ədəbiyyata və onların dediklərinə qarşı cavablar verir[5]
Yepiskop olandan sonra İrineus haqqında məlumatlar azdır. Onun haqqındaa yalnız bir kilsə tarixçisi Eusebius kilsədaxili problemlərin çözülməsi kontekstində xəbər vermişdir.[6].
İrineusun ölümünün dəqiq tarixi da bilinmir. Onun vəfatı tarixi 2-ci yüzilliyin sonunda, ya da 3-cü yüzilliyin əvvəlində baş verdiyi ehtimalı vardır. Rəvayətlərə görə o 202-ci ildə xristianlara qarşı növbəti təqiblər zamanı öldürülmüşdür.
İrineus bir neçə əsərlərin yazarı olmuşdur. Kilsə tarixçisi Eusebius onun adsız Blastus adlı bir keşişə ünvanlanan kilsə parçılanması haqqında məktubu, eləcə də "Oqdoada haqqında", "Tanrı şərin səbəbi deyil", "Biliyin subyekti" adlı yazıları haqqında xəbər vermişdir [7]. Ancaq onlar bizim zamanımıza gəlib çatmamışdırlar.
Günümüzə onun yalnız iki kitabı ulaşmışdır. Onların biri "Həvari moizəsinin açıqlanması", ikincisi "Hereslərə qarşı"dır.
Ən tanınmış və dəyərli kitabı olan "Adversus haereses" (Hereslərə (küfrlərə) qarşı) kitabının yunanca orinalı itirilmiş, ancaq onun latın dilinə tərcümə edilmiş nüsxəsi qalmışdır.
İrineusun fəaliyyətinin böyük hissəsi qnostiklərə qarşı yöməlmişdir. "Adversus haereses" risaləsində, İrineus qnostik təlimlər haqqında kifayət qədər ətraflı məlumat verərək, onlara qarşı öz mülahizələri ilə çıxış etmişdir.
İrineus, Tanrının dərk edilməsindən və hər şeydən uca olmağından söhbət açaraq, qnostiklərin dünyanın yaradılışı ilə bağlı konsepsiyalarını rədd edirdi. O yazırdı ki, qnostiklərin dünyanın yaradılışı prosesinin təsəvvür edilməsi cəhdləri uğursuzluğa məhkumdur. Bunu sözlə ifadə etmək olmaz. Bu mövzu ilə bağlı, İrineus qnostiklərin alleqoriya və analogiyalara ifrat dərəcədə əl atmasını şiddətli tənqid edirdi.
Sonra İrineus qnostiklərin varlıq haqqında fikirlərini tənqidlərə məruz qoyub, rədd etmişdir. Belə ki, qnostik Valentinə (bax. Qnostisizm) görə həqiqi varlıq olan Tanrını və onun emanasiyalarını/eonlarını (təzahürlərini) əhatə edən pleromadır (dünya Ruhudun). Maddi dünya isə, həqiqi varlıq deyil. Ona kenoma deyilir. Burada İrineusa görə ziddiyyət vardır. Çünki əgər pleroma əsl varlıqdırsa, o hər şeyi əhatə etməlidir. Deməli bu halda kenoma anlayışı üçün yer qalmır. Əksinə, kenoma pleromanı əhatə edirsə, onda, o həqiqi varlıqdır [8].
İrineus qnostiklərin Tanrını şərin mövcud olmasına görə, məsuliyyət daşımasından qurtarmaq (teodiseya) cəhdlərini də rədd edirdi. Məlum olduğu kimi, qnostiklərin təlimində Tanrı şəri yaratmamışdır, o eonların fəaliyyətinin nəticəsində dünyada mövcuddur; Tanrı isə yalnız xeyir işlərin yaradıcısıdır; O dünyanın işlərində iştirak etmir. İrineusa görə bu halda da ziddiyyət və məntiqsizlik yaranır. Məsələ bundadır ki, əgər kiçik eon (Demiurqos) şər olan dünyanı Tanrının iradəsinə zidd olaraq yaradıbsa, onda deməli Tanrı qüdrətli deyil; əgər onun iradəsi və icazəsi ilə yaradıbsa, onda o şər Tanrısıdır. Ancaq qnostik teodiseyasını rədd edən İrineus, bu məsələ haqqında öz mövqeyini açıqlamamışdır. Ümumiyyətlə şərin təbiəti və Tanrının onun mövcud olmasına görə məsuliyyət daşıyıb daşımaması məsələsi Xristianlığın ən çətin problemlərinin birinə çevrilmişdir və onu son olaraq heç kim həll edə bilməmişdi.
Qnostik panteizmi rədd edən İrineus, kreasionizm pozisiyasından çıxış edirdi. Yəni təbiət Tanrı tərəfindən yaradılıb, qnostiklərin öyrətdiyi kimi, Onun emanasiyası deyil. Təbiət ahəngdədir və gözəldir.
İnsanı isə bədbəxt edən onun öz iradəsidir. Onun bədəni heç də şər deyil, çünki onu Tanrı öz surətinə bənzər yaradıb. İnsanın əsil varlığını təmin edən amil təkcə ruh deyil, həm də bədəndir. Ruh bədənə həyat verir və həyat olaraq ölməzdir. Şüur isə ruhun təbii xüsusiyyətidir[9] .
İrineusa görə insan kamil məxluq deyil və həqiqətə özbaşına çata bilməz. Özünə arxalanan insan, qnostiklər kimi, həqiqətə çata bilməz. Həqiqi bilik və əqidə əvəzinə ibtidai fantaziyalarının köləsinə çevirilər. Həqiqəti isə Tanrının özü kilsə vasitəsi ilə insanlara çatdırır. Buna görə həqiqi biliyə gətirən yeganə yol imandan başlayıb, sonra isə kilsədən keçir[10]. Bu konsepsiya bu günə qədər rəsmi xristian kilsəsi tərəfindən dəstəklənilir. Beləliklə, İrineusa görə, həqiqi bilik (qnosis) İsanın həvarilərinin təlimidir[11].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.