![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/64/Li_Jinhui.jpg/640px-Li_Jinhui.jpg&w=640&q=50)
Li Tsinhuy
From Wikipedia, the free encyclopedia
Li Tsinhuy (Tam adı: çin. 黎錦暉; 5 sentyabr 1891[1], Syantan[d] – 15 fevral 1967, Şanxay) — Çin bəstəkarı və söz yazarı. "Çin pop musiqisinin atası" kimi tanınır.[2][3] Tzin sülaləsinin süqutundan sonra ənənəvi musiqi janrlarından uzaqlaşaraq yeni şidayqu janrının əsasını qoymuşdur. Linin bəstələri həddən artıq məşhur olsa da, Milliyətçi Çin Partiyası onun musiqilərinə qadağa qoyur. Tənqidçilər mahnılarının cinsi məzmununa görə onun tərzini pornoqrafiyanın bir forması, "Sarı musiqi"; özünü isə ictimai əxlaqın "korrupsioneri" adlandırırdılar. 1949-cu ildə hakimiyyətin kommunistlərin əlinə keçməsindən sonra Çində bu cür pop musiqi qadağan edildi və Li 1967-ci ildə Mədəni İnqilabın yüksəlişi dövründə siyasi təqiblərin qurbanı olaraq ölümə tuş gəldi.[4]