From Wikipedia, the free encyclopedia
Mədəni inqilab (Çində) – 1965-ci ildə Çin Xalq Respublikasında nümunəvi kommunizm cəmiyyəti yaratmaq məqsədilə Mao Tszedun məktəbliləri və tələbə gəncləri inqilabi zorakılığa çağırdı. Xunveybinlər (“qırmızı keşikçilər”) və tszyaofanlar (“qiyamçılar”) partiya komitələrini və nazirlikləri dağıdır, müəssisələri, ali məktəbləri, elmi və mədəni müəssisələri zəbt edirdilər. İri partiya işçiləri, yazıçılar, alimlər üzərində istehzalı “məhkəmələr” qururdular. Bütün bu hərəkətlər “mədəni inqilab” adını aldı. O, XX əsrin 60-cı illərində Qərbdə gənclər hərəkatlarının bir çox liderlərini ruhlandırmış və Mao Tszedunu sol radikal gənclərin pərəstişkarına, kumirinə çevirmişdi. Lakin Çinin özündə “mədəni inqilab” kütləvi zorakılıqlar və ümumi xaos yaratdı: həm iqtisadiyyatın, həm də elm və mədəniyyətin inkişafına ağır zərbə endirdi. 1967-ci ilin sonlarında Mao Tszedunun özünün göstərişi ilə ordu ölkədəki situasiyanı öz nəzarəti altına aldı[1].
Çində mədəni inqilab | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.