From Wikipedia, the free encyclopedia
Li Harvi Osvald (ing. Lee Harvey Oswald; 18 oktyabr 1939[1][2][…], Nyu-Orlean, Luiziana[3] – 24 noyabr 1963[1][2]) — ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qatili.
Li Harvi Osvald | |
---|---|
ing. Lee Harvey Oswald | |
| |
Doğum tarixi | 18 oktyabr 1939[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 noyabr 1963[1][2] (24 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Həyat yoldaşı | Marina Prusakova |
Uşağı | 2 |
Atası | Robert Edvard Li Osvald |
Anası | Marqeret Frensis Kleveri |
Milliyyəti | Amerikalı |
Fəaliyyəti | işçi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Li Harvi Osvald 1939-cu ilin 18 oktyabr tarixində Nyu-Orlean şəhərində anadan olmuşdur. 1956–1959-cu illərdə dəniz donanmasında xidmət etmiş və xidmət etdiyi dövr ərzində rus dilini mükəmməl öyrənmişdir. ABŞ-nin 35-ci prezidenti Con Kennedini öldürməkdə təqsirləndirilən Li Harvi Osvald hadisədən iki gün sonra 24 noyabr tarixində Dallas Polis Departamentinin çıxışında Cek Rubi tərəfindən öldürülmüşdür. Harvi Osvald 1962-ci ildə Pentaqonda işləməyə başlamış, ancaq 1963-cü ildə KQB agenti olduğu şübhələri səbəbindən işdən kənarlaşdırılmışdır.
Li Harvi Osvaldın cəsədi 1981-ci ildə torpaqdan çıxarılıb. Həmin vaxt Con Kennedinin həyat yoldaşı qatilin cəsədinin eksqumasiya edilməsini istəyib. Li Harvi Osvaldın xanımı Marina da ərinin yerinə tabutda onun oxşarı olan rus casusunun dəfn edildiyini bildirərək eksqumasiyaya tərəfdar çıxıb. Ancaq analizlər göstərib ki, cəsəd həqiqətən Li Harvi Osvalda məxsusdur.
Eksqumasiya prosedurundan sonra Li Harvi Osvald Texasda dəfn edilib. Onun cəsədinin əvvəlcə qoyulduğu ağac tabut isə yararsız sayıldığı üçün ikinci dəfə istifadə edilməyib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.