LTE
From Wikipedia, the free encyclopedia
Long-term evolution (LTE, azərb. uzunmüddətli təkamül) — telekommunikasiyada GSM/EDGE və UMTS/HSPA standartlarına əsaslanan mobil cihazlar və məlumat terminalları üçün simsiz genişzolaqlı rabitə standartı. Fərqli radio interfeysi və əsas şəbəkə təkmilləşdirmələrindən istifadə etməklə bu standartların tutum və sürətini yaxşılaşdırır.[1][2] LTE həm GSM/UMTS şəbəkələri, həm də CDMA2000 şəbəkələri olan operatorlar üçün təkmilləşdirmə yoludur. LTE tezlikləri və diapazonları ölkədən ölkəyə fərqli olduğuna görə onun dəstəkləndiyi bütün ölkələrdə yalnız çoxzolaqlı telefonlar LTE-dən istifadə edə bilər.
![](http://upload.wikimedia.org/wikipedia/az/thumb/a/ad/3GPP_LTE_logo.png/320px-3GPP_LTE_logo.png)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ea/Huawei_4G%2B_Modem.jpg/640px-Huawei_4G%2B_Modem.jpg)