Kərkük və ya Ağ Dərbənd döyüşü — Nadir xanın Mesopotomiya yürüşünün son döyüşü. Bu döyüşdə Nadir xan onu əvvəl məğlub etmiş Osmanlı sərkərdəsi Topal Osman Paşadan intiqamını almış, onun ordusunu döyüşdə məğlub etmiş, özünü isə öldürmüşdür.[6] Bu döyüş hər iki tərəf üçün gözlənilməz qələbələr və məğlubiyyətlərlə müşayiət olunan hadisələr zəncirinin bir silsiləsi idi. Döyüş Nadirin ordusu üçün böyük qələbə ilə nəticələndi. Lakin Nadir xan imperiyanın cənubunda günü-gündən böyüyən və Məhəmməd xan Bəlucun rəhbərlik etdiyi üsyana görə bölgədən getməyə məcbur oldu. Bu Nadiri qələbəsindən sona qədər faydalanmasına mane oldu, belə ki, Nadir xan yürüşünü davam etdirərək Bağdadı ələ keçirə bilərdi.[7]
Cəld faktlar Tarix, Yeri ...
Bağla