From Wikipedia, the free encyclopedia
Kürəkçay — Azərbaycanın Goranboy, Göygöl və Yevlax rayonları ərazisindən axan çay, Kürün sağ qolu. Uzunluğu 186 km, hövzəsinin sahəsi 2080 km²-dir. Mənbəyi Murovdağ silsiləsinin şimal yamacından (3100 m) başlayır. Başlıca qolları sağdan, Gorançay (uzunluğu 33 km), Ağsuçay (uzunluğu 15 km) soldan isə Korçay (uzunluğu 38 km), Azadçay (uzunluğu 18 km) çaylarıdır.[1]
Kürəkçay | |
---|---|
Ölkə | Azərbaycan |
Rayonlar | |
Mənbəyi | Murovdağ |
• Yüksəkliyi | 3100 m |
Mənsəbi | Göygöl |
Uzunluğu | 186 km |
Su sistemi | Göygöl/Kür/Xəzər dənizi |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 2080 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çayın hövzəsində bir sıra göllər vardır. Bunlardan ən böyüyü Göygöl və Maralgöldür.
Axımı əsasən yeraltı (47%) və qar (43%), qisman də yağış (10%) sularından əmələ kəlir. Orta illik su sərfi 14,5 kub m/san-dir. Bunun da çox hissəsi yaz (32%) və yay (42%) aylarında keçir. Payız, qış fəsillərində keçən axımı illik axımın 10-15%-ni təşkil edir. İntensiv suvarma dövründə illik axımının 20%-i axır.
Çayın orta illik asılı gətirmələr sərfi 1,16 kqysan, lillənməsi isə 73 q/kub m-dir. Maksimum lillənmə may-iyun aylarında müşahidə edilir. Suyu orta minerallaşmaya (150-350 mq/l) malik olmaqla hidrokarbonatlı-kalsiumludur.
Yaşayış məntəqələrinin su ilə təmin edilməsində, kənd təsərrüfatı sahələrinin suvarılmasında və energetikada Kürəkçaydan geniş istifadə edilir. Üzərində balıq yetişdirən zavod vardır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.