From Wikipedia, the free encyclopedia
Gorançay — Kürəkçayın sağ qolu.Trayektoriyası Göygöl və Goranboy rayonları ərazisindən keçir.
Gorançay | |
---|---|
Ölkə | |
Keçdiyi ərazilər | Azərbaycan |
Uzunluğu | 81 km |
Hövzəsinin sahəsi | 441 km² |
|
Uzunluğu 81 km, hövzəsinin sahəsi 441 km²-dir. Başlanğıcını Murovdağ silsiləsinin ən yüksək zirvələri olan Gamışdağ və Murovdağ arasındakı 3100 m yüksəklikdən alır. Xarxaput kəndi yaxınlığında iki qola ayrılır. Bunlardan biri Qaraçay , digəri Gorançay adlanır. Qaraçinar kəndinə kimi hər iki qol bir-birinə paralel axır.Sonradan Qaraçay istiqamətini dəyişir və geniş suvarma şəbəkəsi vasitəsilə əkin sahələrinə verilir.
Gorançayın resursu qar (37%), yağış (42%) və yeraltı (51%) sulardan əmələ gəlir. Orta illik su sərfi 1,96 kub m/san-dir. Bunun 30%-i yazda, 42%-i yayda, 18%-i payızda, 10%-i isə qışda sərf edilir. İntensiv suvarma dövründə (iyul-avqust aylarında) illik axımının 20%-indən istifadə edilir. Çayda yaz daşqını mart ayının axırlarında başlayıb iyul ayının axırına kimi davam edir.
Orta illik asılı gətirmələr sərfi 0,18 kq/san, lillənməsi 90 q/kub m-dir. Suyu orta minerallaşmaya (300–500 mq/l) malik olmaqla hidrokarbonatlı-kalsiumludur.
Gorançayın suyundan Goranboy, aşağı axımında isə Yevlax rayonlarının əkin sahələrinin suvarılmasında geniş istifadə edilir. Gorançay üzərində kiçik bir Su Elektrik Stsnsiyası da tikilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.