From Wikipedia, the free encyclopedia
Köprülü Mehmed Paşa (1580, Bərat – 31 oktyabr 1661[2][3], Ədirnə[1]) — IV Mehmed dönəmində 15 sentyabr 1656 - 31 oktyabr 1661 tarixlərində ümumilikdə 5 il 1 ay 16 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda Körpülülər ailəsinin banisidir.[4]
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Körpülü Mehmed Paşa | |
---|---|
جسر محمد باشا | |
15 sentyabr 1656 – 31 oktyabr 1661 | |
Əvvəlki | Boynuyaralı Mehmed Paşa |
Sonrakı | Körpülü Fazil Əhməd Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Ayşə xanım |
Uşaqları |
Körpülü Fazil Əhməd Paşa Körpülü Fazil Mustafa Paşa Saliha xanım |
Ailəsi | Körpülülər |
Vikianbarda əlaqəli mediafayllar |
İndiki Albaniyanın Rudnik kəndində 1578-ci ildə dünyaya gəlmişdir. Dəvşirilərək İstanbula gətirildi və Əndərundakı təhsili bitdikdən sonra saray mətbəxində vəzifələndirildi. IV Murad dövründə has odabaşı oldu və ardından xəzinədarın qulluğuna verildi. Çox keçmədən buradan ayrıldı və Amasiyaya göndərildi. Burada Vəzirkörpü qəsəbəsinə yerləşdi və yerlilərdən birinin qızı olan Ayşə xanımla evləndi. Bu səbəblə də Körpülü ləqəbi ilə tanınır. Köhnə dostu olan Hüsrəv Paşa sədrəzəm olduqdan sonra onun xəzinədarı olaraq paytaxta qayıtdı. Hüsrəv Paşanın edamından sonra bir müddət Amasiya sancaqbəyi olsa da, daha sonra geri döndü. Bir çox vəzifələrə gətirildi. IV Muradın 1638 tarixli Bağdad səfərinə Çorum sancaqbəyi olaraq qatıldı. Qara Mustafa Paşanın sədarəti dövründə qapıçılar kəndxudası və miraxur təyin olundu. Çox keçmədən yenidən Amasiya sancaqbəyi olan Mehmed Paşa sədrəzəm Sultanzadə Mehmed Paşa dövründə vəzirlik aldı və Trabzon hakimi, ardından 1647-ci ildə Şam hakimi seçildi. Varvar Əli Paşanın üsyanını yatırmaq üçün Qaraman bəylərbəyi olaraq göndərildi. Ancaq döyüşdə məğlub olaraq əsir düşdü. Ancaq İbşir Mustafa Paşanın köməyilə xilas edildi. Ertəsi il Cəlali Qatırçıoğlu Mehmedin üzərinə getsə də, döyüş olmadan onu özünə tabe etdi.
Körpülü Mehmed Paşa bir müddət Vəzirkörpü qəsəbəsində qaldı və İbşir Mustafa Paşanın sədarətə gəlişi ilə Trablusşam əyaləti ona verildi. Ancaq hələ yola çıxmadan bu təyinat ləğv edildi. Bu əsnada Validə Turhan Sultanın kəndxudası memar Qasım ağa Mehmed Paşanı sədrəzəm namizədi olaraq göstərməkdə idi. Bu səylərin nəticəsində Mehmed Paşa paytaxta çağırıldı və qübbə vəzirliyinə gətirildi. 5 sentyabr 1657-də Boynuyaralı Mehmed Paşanın yerinə sədarətə gətirildi. Ancaq bu vəzifəyə gəlmədən Mehmed Paşa həm IV Mehmedə, həm də Validə Turhan Sultana bəzi şərtlər irəli sürdü. Körpülü Mehmed Paşanın şərtləri qısaca belə idi:
Padşah və validə sultan bu şərtləri and içərək qəbul etdilər. Əvvəllər gözdən düşmüş yaşlı bir paşanın sədarətə gətirilməsi sarayda təəccüblə qarşılandı. Ancaq Mehmed Paşanın gördüyü ilk iş onun haqqında hər şeyi izah etdi. Belə ki, IV Murad dövründən bu yana davam edən Qazızadə-Sivasi münaqişəsinə son qoyuldu və məsuliyyət daşıyan hər kəs Kipr adasına sürgün edildi. Ardından Bozcaada mühafizəçisi ikən adanı Venesiyalılara tərk edən Abxaz Əhməd Paşanı və yalançı vədlərlə insanları qarət edən Şeyx Səlimi cəzalandırdı. Valaxiya hakiminə məktub yazaraq Osmanlı dövləti əleyhinə fəaliyyət göstərən Keşiş III Parteniusu edam etdirdi. İstanbulda ixtişaş törədən sipahi ağaları mərkəzdən uzaqlaşdırıldı. Daha sonra Venesiyalıların əlinə keçən Bozcaada və Limni adaları geri qaytarıldı və Çanaqqala boğazının təhlükəsizliyi təmin olundu.
Bir müddətdir İsveç kralı ilə ittifaq quran Ərdəl hakimi II Rakoçi Reç Pospolitaya hücumlar planlayırdı. Göndərilən 3 fərmanla bu fəaliyyətindən əl çəkməsi əmr edilsə də, ordu toplayaraq Reç Pospolitaya hücum edən Ərdəl ordusu Krım qoşunları tərəfindən məğlub edilərək geri çəkildi. Nəhayət 1658-ci ilin iyununda Mehmed Paşa Ərdəl üzərinə səfərə çıxdı. Osmanlı ordusuna Krım və kazak dəstələri də qoşuldular. Eyni zamanda Reç Pospolita kralı da 12 minlik ordu göndərdi. Osmanlı ordusu Belqradı ötərək Yanovaya gəldi və şəhəri ələ keçirdi. Ancaq üsyançı Ərdəl kralı ələ keçmədi. Cəlali Abxaz Həsən Paşa üsyanı başlamış, bu səbəblə Mehmed Paşa dərhal səfəri bitirərək geri dönmüşdür.
Körpülü Mehmed Paşa Abxaz Həsən Paşanın Anadoluda yaratdığı ixtişaşlardan xəbərdar idi. Əvvəlcə onu Anadoludan uzaqlaşdırmaq üçün Hələb bəylərbəyi təyin etdi. Ancq Həsən Paşa bu təklifi rədd etdi. Ardından onu və ətrafındakıları səfərə qatılmaq üçün Ərdələ çağırdı. Ancaq burada öldürüləcəyini başa düşən Həsən Paşa səfərə qatılmadı. Körpülü Mehmed Paşanın sərt siyasətindən narazı olan bəzi paşalar və bəylər də Həsən Paşanın ətrafında toplaşdılar. Müttəfiqləri artan Həsən Paşa birləşərək Mehmed Paşanı vəzifədən aldırmaq istədi. Ancaq bu niyyəti baş tutmadı.
Ədirnəyə dönən Mehmed Paşa burada padşah və şeyxülislamla müzakirələr apardı. Şeyxülislamdan aldğı fətva ilə Diyarbəkir bəylərbəyi Murtuz Paşanı üsyanı yatırmaqla vəzifələndirdi. Ancaq Murtuz Paşa 11 dekabr 1658-də baş verən toqquşmada məğlub olaraq geri döndü. Abxaz Həsən Paşa bu zəfərdən sonra Antepə getdi ancaq burada çox qalmadan Hələbə çəkildi. Nəhayət 16 fevral 1659 tarixində gecə yarısı ələ keçirilən Abxaz Həsən Paşa gizlicə öldürüldü. Beləliklə, Körpülü Mehmed Paşa ən böyük rəqibini məğlub etmiş oldu. Bundan sonra Anadoluda tüfəng təftişi başlatdı. Təftişdə minlərlə insan qətlə yetirildi. Əhalidən 80 minə yaxın tüfəng toplandı. Bu təftiş əsnasında hərbi zümrə ilə yanaşı, üləmadan da bəzi şəxslər cəzalandırıldı. Bu qətliam səbəbilə dövrün tarixçiləri onu kəskin tənqid edir.
Anadoluda sabitliyi təmin etdikdən sonra Mehmed Paşa padşahla birlikdə Bursa səyahətinə çıxdı (iyul 1659). II Rakoçinin yenidən Ərdəl hakimi seçilməsi üçün Avstriyanın göndərdiyi elçilərin istəkləri qəbul edilmədi. Əksinə, Silistrə bəylərbəyi Can Arslan Paşa və Budin bəylərbəyi Seyid Əhməd Paşa kaptan-ı dərya Biko Əli Paşa ilə birlikdə düşmən üzərinə irəliləyirdi.
Körpülü Mehmed Paşa isə artıq qocalmışdı və xəstə düşmüşdü. Bu səbəblə padşaha, özündən sonra Hələb bəylərbəyi olan oğlu Fazil Əhməd Paşanı məsləhət gördü. IV Mehmed bu təklifi qəbul etdi. Fazil Əhməd Paşa dərhal çağırılaraq sədarət naibi təyin olundu. Körpülü Mehmed Paşa Ədirnədə ikən 31 oktyabr 1661 tarixində vəfat etdi. Cənazəsi İstanbula gətirildi və Çəmbərlidaşdakı külliyəsinə dəfn olundu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.