From Wikipedia, the free encyclopedia
Padşah — Orta əsr şərqində feodal dövlətlərin başında duran monarx. Sözün mənşəyi fars dilinə söykənir.
Osmanlı hökmdarları üçün istifadə edilsə də, XIV–XV əsrlərdə onlar İslamın təsiri ilə sultan və ənənəvi olaraq bəy, xan titullarını da seçirdilər.
İlk dövrlərdə "Böyük Hökmdar" mənasına gələn "Hudavəndigar" titulu istifadə edilsə də sonradan, yəni II Muraddan etibarən padşah titulu qəbul edildi.
Osmanlıda padşahların hökmdarlıq səlahiyyətləri ilkin türk dövlətlərinin və yaxın-şərqdəki tarixi imperiyaların ənənələrinə bağlı idi.
23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin yaradılması ilə milli iradəni təmsil edən hökumət Osmanlı İmperiyasının və padşahlıq sisteminin yerinə gəldi.
İranda hakimiyyətdə olmuş türk və fars mənşəli hökmdarlar şahənşah (şehinşah) ünvanı ilə tanınırdılar. 1979-cu ildə İranda şah rejimi devrildi və ölkədə dini dövlət quruldu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.