Kurş dili
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kurş dili (lit. Kuršių nerija, alm. Kurische Nehrung) — uzun və ensiz quru parçası, dil Kurş körfəzini Baltik dənizindən ayırır. Dik Kalininqrad vilayəti Zelenoqrand şəhərindən Litvanın Klaypeda şəhərinə qədər uzanır.
Kurş dili | |
---|---|
lit. Kuršių nerija rus. Куршская коса | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
55°16′28″ şm. e. 20°58′15″ ş. u.HGYO | |
Akvatoriya | Baltik dənizi |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 994 ing. • rus. • fr. |
Dilin adı vaxtı ilə Prussiyadan bura gəlmiş almanlardan öncə burada yaşayan Kurşi xalqının şərəfinə adlandırılmışdır.
Dilin uzunluğu 98 km, eni isə 300 metrdən 3,8 km arasında dəyişir.
2000-ci ildə Kurş dili YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Kurş unikal təbiət-antropogen lanşaft formasıdır. Ümumilikdə Baltik dənizində yerləşən Xel və Baltik dili ilə birlikdə bu dillərin dünyada analoqu yoxdur.
Bioloji rəngarəngliyi açıq şəkildə müşahidə etmək olur. Burada səhralara xas olan dyunlardan tutmuş, tundra zonasına xas olan bataqlıqlara belə rast gəlmək olur. Burada olan dyunların eni 0,3–1 km km arasında dəyişir. Üstəlik dünyada sahilə yaxın ərazidə ən hündür dyun məhs burada yerləşir. Onun hündürlüyü 67,2 metrdir (Vetsekuqs). İl ərzində yaz və payız ayları bura 10–20 min quş pənah gətirir.
Dil əsasən qumdan təşkil olunmuşdur. Üzəri bir necə sm olan ot bitkisi ilə örtülüdür.
İqlimi mülayimdir. Bu səbəbdən burada insanlar maydan noyabra qədər istirahət edirlər.
Dilin Klaypeda şəhəri yaxınlığında boğaz yerləşir. Bu boğa vastəsi ilə Kurş körfəzi ilə Baltik dənizi birləşir. Burada bərələr fəaliyyət göstərir. Rusiyaya məxsus ərazidə Kurş dili Milli Parkı yerləşir[1]
Alman idarəçiliyi dönəmində dil Kurişe-Nerunq (alm. Nehrung — «dil») adını daşıyırdı. Litvada Kurşyo-Nerinqo və ya Kurşyo-Neriya (lit. nerija — «ensiz uzun qumlu dil»). Cənub hissəsinin FSFSR ərazisinə verildikdən sonra adı Kurskaya Nereya, 1959 ildə adı Kurs dili, 1971 ildən isə çağdaş adı təstiqlənmişdir.
X—XI əsrlər Kurş dilində vikinqlərə məxsus yaşayış məntəqəsi olmuşdur. Bu yaşayış məntəqəsi indiki Rıbaçiy qəsəbəsi yaxınlığında yerləşirdi. İlk dəfə vikinqlərin izləri alman arxeoloqu tərəfindən 1893-cü ildə aşkarlanmışdır. Ancaq 2008-ci ildə Kalininqrad arxeoloqlarının sayəsində bu fakt təstiqlənmişdir[2]. Burada çoxlu sayda əşyalar aşkarlanmışdır.
XIII əsrdə Kurş dili Tevton ordeninin tərkibinə keçmişdir. Bu ərazi şimal və cənub torpaqları arasında ən qısa yol olmuşdur. Güçlü küləklərin sayəsində hündür dyunlar əmələgəlmə prosesi daim davam etmişdir. Prussiyalılar dili küləklərdən qorumaq məqsədi Ağcaqayın ağacları əkilmişdir.
Dilin YUNESCO Ümumdünya irsi siyahısına daxil edilməsinə baxmayaraq dilin Rusiya hissəsində tikinti işləri aparılır[3]. Üstəlik əraziyə gələn turistlərin sayında böyük həcmdə artım vardır[4][5]
Dildən 22 km aralıda şelf zonasında Lukoyl şirkəti neft hasilatını həyata keçirir[6].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.