Kursk rayonu (Stavropol diyarı)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kursk rayonu (rus. Курский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kurskaya kəndidir. Əhalisi 54 012 nəfərdir (2020).
Kursk rayonu | |
---|---|
44°02′15″ şm. e. 44°27′44″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1935 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 87964 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon Stavropol diyarının cənub-şərq hissəsində yerləşir. Kabardin-Balkariya, Şimali Osetiya, Çeçenistan Respublikası və Dağıstanla sərhəddir.
Çayları: Kür, Terek. Tersko-Kumski kanalı.
Rayonun şərqi qumlu Noqay çölündən ibarətdir.
Kursk rayonu 2 yanvar 1935-cui ildə qurulur. Rayon ərazisinə əvvəllər Şimali-Qafqaz diyarı, Proxladnenski və Mozdok rayonlarının bəzi yaşayış məntəqələri daxil edilir. Oktyabr inqilabına qədər bu ərazilər Tesk vilayəti, Mozdok kazak bölməsinə daxil idi.
5 yanvar 1943-cü ildə Kursk rayonu nasist işğalçılarından azad edildir.
1 fevral 1963-cü ildə Apollon rayonu ləğv edilir və ərazisi Qeorqievski və Kursk kənd rayonlarına verilir.
1 fevral 1963-cü ildə mövcud 15 kənd rayonu yerinə: Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Alexsandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeyski, Kurski, Levokumski, Mineralovodski, Petrovki, Prikumski və Şapovski rayonları formalaşdırılır.
12 yanvar 1965-ci ildə Rusiya Sovet Federativ Soaialist Respublikası Ali Sovetinin qərarı ilə Stavropol diyarının 17 kənd rayonu, o cümlədən Kursk rayonu inzibati rayonlara çevrilir. Sonradan formalaşdırılan Neftekumsk rayonu Kursk və Levokumsk rayonlarından ayrılan yaşayış məntəqələri hesabına qurulur.
С 16 марта 2020 года, в соответствии с Законом Ставропольского края от 31 января 2020 г. № 9-кз[8], все муниципальные образования Курского муниципального района были преобразованы путём их объединения в единое муниципальное образование Курский муниципальный округ.
20 iyun 1957-ci ildə Dmitrievski rayonu ləğv edilir ərazisi İpatovski, Trunovski və Molotov rayonlarına verilir.
13 iyul 1957-ci ildə Molotov rayonu Krasnoqvardeyski, Molotovskoe kəndi isə Krasnoqvardeyskoe adlandırılır (Vətəndaş müharibəsi illərində Medvejenski qəzasındakı Sovet hakimiyyətini müdafiə edən Qırmızı Qvardiyanın şərəfinə belə adlandırılmışdır).
16 mart 2020-ci il tarixdən etibarən, 31 yanvar 2020-ci il tarixli 9-kz saylı Stavropol diyarı qanununa əsasən, Kursk bələdiyyə dairəsinin bütün bələdiyyələri vahid bələdiyyə forması olaraq Kursk bələdiyyə dairəsinə birləşdirilir. Ərazi vahidi statusunu qoruyur[4][5].
Milliyyət | sayları | faiz |
---|---|---|
ruslar | 26 229 | 48,52% |
ermənilər | 7 714 | 14,27% |
türklər | 6 301 | 11,66% |
çeçenlər | 2 526 | 4,67% |
darginlər | 2 397 | 4,43% |
kabardinlər | 2 186 | 4,04% |
osetinlər | 947 | 1,75% |
gürcülər | 916 | 1,69% |
avarlar | 898 | 1,66% |
qumuqlar | 601 | 1,11% |
bildirməyənlər | 203 | 0,38% |
digərləri | 3 136 | 5,80% |
Ümumi | 54 054 | 100,00 |
Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 47 yaşayış məntəqəsini əhatə edir.
Rayon rəhbərləri – Ruslan Qriqoriyeviç Sabanov.
Şəhər bələdiyyəsinin rəhbərləri_ Serqey İvanoviç Kalaşnikov
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.