Kurisu Makise
From Wikipedia, the free encyclopedia
Kurisu Makise (牧瀬 紅莉栖, Makise Kurisu?) — 5pb. və Nitroplus tərəfindən yaradılmış "Science Adventure" franşizindən personaj. İlk dəfə 2009-cu ildə buraxılmış "Steins;Gate" vizual romanında təqdim olunmuşdur. Kurisu Makise Rintaro Okabe ilə birlikdə "Steins;Gate" seriyasının əsas personajlarından biridir.[3] Okabe onu tez-tez Kristina deyə çağırır.
Kurisu Makise | |
---|---|
Orijinal oyundan görünüşü. | |
Franşiz(lər) | "Science Adventure" |
Yayın tarixi | "Steins;Gate" (2009) |
Yaradan | 5pb. və Nitroplus |
Səsləndirən | yaponca: Asami İmay ingiliscə: Trina Nişimura[1] |
Profil | |
Doğum tarixi | 25 iyul 1992[2] |
Ləqəb(lər)i | Kristina |
Komandaları | Gələcəyin Alətləri Laboratoriyası |
Lab. nömrəsi | 004 |
Hekayədə o, neyrologiya sahəsində tanınmış gənc alimdir və Okabe ilə tanış olduqdan zamanda səyahət təcrübələrində ona kömək etməyə başlayır. Laboratoriyanın dörd nömrəli üzvünə çevrilir, D-poçtların göndərilməsində fəal iştirak edir və zamanda sıçrama cihazını ixtira edir. Hekayə davam etdikdə Okabe ilə Kurisu arasında romantik münasibətlər yaranır.
Kurisu vizual romanla yanaşı manqa, ranobe və anime adaptasiyalarında, eləcə də, 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş sikvel oyun "Steins;Gate 0"-da da yer almışdır. Anime serialında və videooyunda onu Asami İmay səsləndirmişdir.[1]